Hikmət Hacıyev: "Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və..."

Hikmət Hacıyev: \"Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və...\"

SİYASƏT

Bugün, 17:34

Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və qarşılıqlı hörmət, bərabərlik və ümumi fayda prinsipləri əsasında inkişaf edir.

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti ilə görüşdə deyib.

Prezidentin köməkçisi oktyabrın 1-də Avropanın nümayəndə heyətini qəbul etməkdən məmnun olduğunu vurğulayıb: "Bu gün Avropanın 20-dən çox ölkəsinin nümayəndələrindən ibarət Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyətini qəbul etməkdən məmnun oldum. Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və qarşılıqlı hörmət, bərabərlik və ümumi fayda prinsipləri əsasında inkişaf edir. Son dövrdə yüksək səviyyəli təmaslar vasitəsilə siyasi dialoq intensivləşib, praktiki əməkdaşlıq isə əhəmiyyətli dinamika qazanıb".

H.Hacıyev həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və regional bağlantılılıqda, xüsusilə Orta Dəhliz çərçivəsində oynadığı strateji rol Aİ-Azərbaycan münasibətlərinin mühüm istiqamətlərindən olduğunu vurğulayıb: "Eyni zamanda, əməkdaşlıq təmiz enerji, rəqəmsal transformasiya və innovasiyalar, eləcə də investisiyalar sahələrini də əhatə edir. Bu il təhlükəsizlik sahəsində dialoqumuzu Siyasi və Təhlükəsizlik Dialoqu səviyyəsinə genişləndirmişik və yeni hərtərəfli ikitərəfli saziş, eləcə də yenilənmiş Tərəfdaşlıq Prioritetləri üzərində iş aparırıq. İnkişaf edən ikitərəfli gündəm ümumi maraqları praktiki nəticələrə çevirmək üçün imkan yaradır".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR