Yunanıstanın Baş naziri: "Coğrafiyanı dəyişdirə bilməyəcəyik, Türklərlə..."

Yunanıstanın Baş naziri: \"Coğrafiyanı dəyişdirə bilməyəcəyik, Türklərlə...\"

SİYASƏT

Bugün, 11:19

 "Coğrafiyanı dəyişdirə bilmərik, türklərlə yan-yana yaşamaq taleyimizdir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasındakı çıxışında deyib.

Onun sözlərinə görə, son üç ildə Türkiyə-Yunanıstan münasibətlərini yaxşılaşdırmaq, etimad yaratmaq və dialoq kanallarını açıq saxlamaq üçün daim çalışırlar: "Türkiyə ilə Yunanıstan arasında tarixin ağırlığını daşıyan incə bir münasibət var. Regional və daha geniş inkişafları nəzərə alaraq necə davam edəcəyimiz barədə ortaq bir anlayışa təcili ehtiyac var. Bu anlayış beynəlxalq hüquqa və mehriban qonşuluq münasibətlərinə hörmətə əsaslanmalıdır. Dəfələrlə dediyim kimi, coğrafiyanı dəyişə bilmərik, yan-yana yaşamaq bizim taleyimizdir. Türkiyə ilə Yunanıstan arasındakı yeganə fikir ayrılığı Azadv İqtisadi Zona və kontinental şelfin delimitasiyasıdır. Ki, bu da BMT-nin Dəniz Hüququ Konvensiyası çərçivəsində həllini apmalıdır"

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR