Türkiyədə zəlzələ oldu - 5.8 bal gücündə

Türkiyədə zəlzələ oldu - 5.8 bal gücündə

GÜNDƏM

Bugün, 12:04

Bu gün Türkiyənin şərqi və cənub-şərqindəki şəhərlərdə zəlzələ olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Diyarbəkir, Qaziantep, Şanlıurfa və Elazığ başda olmaqla Türkiyənin şərqi və cənub-şərqindəki bir çox şəhərlərdə yerli vaxtla saat 10.40-da  5,4 bal gücündə silkələnmə baş verib.

İlkin məlumata görə, zəzlələnin mərkəzi Şanlıurfanın Karaköprü rayonuna təsadüf edib. Zəlzələnin 7,39 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Boğaziçi Universitetinin Kandilli Rəsədxanası və Zəlzələ Tədqiqat İnstitutu zəlzələnin 5,8 bal gücündə olduğunu açıqlayıb. 

İlkin məlumata əsasən, itki yoxdur.

F.Səfərli

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR