Suriya prezidenti BMT tribunasından İsrailə ultimatum verib

Suriya prezidenti BMT tribunasından İsrailə ultimatum verib

DÜNYA

Bugün, 17:58

Suriya prezidenti Əhməd Şara BMT tribunasından İsrailə ultimatum verib.

Mia.az xarici mətbuata istinadla xəbər verr ki, Baş Assambleyada çıxış edən Suriya lideri İsrailə meydan oxuyub.

O, İsraildən işğal etdiyi Qolan təpələrini boşaltmağı tələb edib: "O təpələr Suriya ərazisidir. İsrail qeyd-şərtsiz Suriyadan çəkilməlidir".

Şara İsrailin Suriyaya qarşı 500-dən çox hava hücumu həyata keçirdiyinidə xatırladıb və bildirib ki, qonçu dövlət bu cür davranışa son qoymalıdır: "Qolan Suriya ərazisi olacaq. Biz ərazimizdən əsla vaz keçməyəcəyik".

Sara bildirib ki, indiyə qədər 3,5 milyon qaçqın Suriyaya qayıdıb: "Onlar vətənlərinə qayıtdılar və bu, həm bizim, həm də onlar üçün bir fürsətdir. Əslində, bu, bir çox ölkə üçün bir fürsətdir. Çünki qaçqınlar indi Suriyaya qayıdırlar. Bütün inkişaf və tərəqqi planlarımız var. Suriyadakı vətəndaşlarımızın təhlükəsiz qayıtmasını təmin etmək üçün ayağa qalxdıq. Beləliklə, Suriya qaçqın düşərgələrindən azad bir ölkəyə çevriləcək".

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR