Deputatın baha dərman satan şirkəti cəzalandırıldı - Dövlət Agentliyindən "Azəri Med"lə bağlı sərt qərar

Deputatın baha dərman satan şirkəti cəzalandırıldı - Dövlət Agentliyindən \"Azəri Med\"lə bağlı sərt qərar

İQTİSADİYYAT

Bugün, 10:05

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun əsasında tibbi şirkət olan "Azəri Med" MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Mia.az xəbər verir ki, bu barədə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, adıçəkilən şirkət dərman preparatını Tarif (qiymət) Şurasının müəyyənləşdirdiyi pərakəndə satış qiymətinin yuxarı həddini aşaraq satıb.

Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü bəndinə uyğun olaraq (Dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması) pozuntu müəyyən edilib.

Xatırladaq ki, "Azəri Med"in deputat Kəmaləddin Qafarova məxsus olduğu haqda mediada təkzib edilməyən materiallar var.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR