AZAL bəyanat yaydı: "İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır" (YENİLƏNİB)

AZAL bəyanat yaydı: \"İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır\" (YENİLƏNİB)

GÜNDƏM

Bugün, 19:50

İran aviaşirkətləri tərəfindən Azərbaycana həyata keçirilən uçuşlar müvəqqəti dayandırılıb.

Mia.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən məlumat yayıb.

Bildirilib ki, ABŞ tərəfindən İranın aviasiya sektoruna tətbiq edilmiş sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri sentyabrın 22-dən dayandırılıb: "Mövcud məhdudiyyətlərlə əlaqədar müvafiq aviaşirkətlərə və biletlərin əldə edildiyi satış məntəqələrinə müraciət edilməsi tövsiyə olunur".

***

Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır.

Mia.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC məlumat yayıb.

Məlumatda deyilir: "AZAL ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin sentyabrın 22-dən etibarən dayandırılması barədə qərar qəbul etməli olub".

Xatırladaq ki, ABŞ Maliyyə naziri Skott Bessent Vaşinqtonun sanksiya siyahısına daxil etdiyi İran aviaşirkətlərinə öz hava məkanı açan və İran təyyarələrinə yanacaq, eniş xidmətləri və ya bilet təmin edən ölkələrə xəbərdarlıq edib. O bildirib ki, buna şərait yaradan ölkələr dollar sistemindən çıxarılacaq.

ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR