Danışıqlar rəsmi olaraq başladı - Əbədi rəqibdən sürpriz təklif...

Danışıqlar rəsmi olaraq başladı - Əbədi rəqibdən sürpriz təklif...

İDMAN

Bugün, 09:24

İtaliyanın "Yuventus" komandası qış transfer pəncərəsində yarımmüdafiəni gücləndirmək üçün "İnter"in türk əsilli futbolçusu Hakan Çalhanoğlunu heyətinə qatmağı planlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq klub rəsmiləri 32 yaşlı oyunçu ilə ilkin danışıqlar aparıb.

İddiaya görə, "İnter"lə hazırkı müqaviləsi 2027-ci ildə bitəcək Hakan Çalhanoğlu da təklifə müsbət yanaşıb: "Yanvar ayında klub rəsmiləri təkliflə bağlı masaya oturacaq".

Xatırladaq ki, türK futbolçu "İnter"də 216 rəsmi matçda 52 qol vurub, 39 məhsuldar ötürmə verib.

FƏRİD ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR