"YENİ HÜCUM OLSA, MÜHARİBƏNİN ÇOĞRAFİYASINI DƏYİŞƏCƏYİK" - Tehran dünyanı heyrətləndirəcək yeni silahını da işə salacağını iddia edir

\"YENİ HÜCUM OLSA, MÜHARİBƏNİN ÇOĞRAFİYASINI DƏYİŞƏCƏYİK\" - Tehran dünyanı heyrətləndirəcək yeni silahını da işə salacağını iddia edir

GÜNDƏM

Bugün, 13:23

İran ordusu Trampın "İranı havaya uçura bilərəm" təhdidinə şok cavab veriib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mühibbi bəyanat verib.

O, rəsmi Tehranın mövqeyini ifadə edəərk bildirib ki, ABŞ-ın İrana qarşı mümkün yeni hücumu gözlənilməz nəticələr yaradacaq: "Əgər ölkəmizə yeni bir hücum olarsa, müdafiə və hücumlarımız gözlənilməz və əhəmiyyətli dərəcədə dəyişəcək. Açıq bəyan edirik ki, yeni bir hücum halında nəinki indiyə qədər istifadə etdiyimiz  silahları növlərini, ümumiyyətlə, müharibənin coğrafiyasını dəyişdirəcəyik. Artıq yeni imkanlarla təchiz olunmuş və dünyanı heyrətləndrəcək yeni silahlarımızı meydana çıxaracağıq. Daha hədəfimiz köhnə hədəflər deyil, olmayacaq".

İranlı general bildirib ki, İran uzunmüddətli müharibəyə tam hazır vəziyyətə gətirilib: "Müharibənin müxtəlif mərhələləri var. Müharibə bitməyib, davam edir. İnqilab Keşikçiləri artıq müharibəyə daha da hazırlıqlıdır. İndi bölgədə yeni nizam var və bunu ABŞ deyil, İran müəyyən edir".

Mühibbi iddialaırn əksinə olaraq, İnqilab Keşikçiləri Korpusunun ABŞ ilə hər hansı formada təmasda olmadığını deyib: "Silahlı qüvvələr olaraq biz diplomatiyaya qarışmırıq. Ordunun əsas vəzifəsinin ölkəni müdafiə etməkdir, biz də bunu edirik, edəcəyik. Əminliklə deyə bilərə ki, biz ABŞ-ın bölgədəki hegemoniyasının son vermişik. ABŞ guya yüksək müdafiə qabiliyyətinə malik olmaq adı altında illərdir region ölkələrində hərbi bazalar qurub. Ancaq biz sübut etdik ki, bunlar mifdir, o bazaları biz dəfələrlə vurduq, dağıtdıq, yararsız hala saldıq. ABŞ isə onu milyardlar xərcləyərək bərpa etməyə və bununla dünyanı gerçəklikdən gizli saxlamağa can atır. Ancaq daha çox ölkə belə miflərlə aldanmır..."

Tahir Şəlvəli

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR