“Sənin hünərin çatır, ay nazir, camaatın içinə çıxmağa? - Deputat parlamentdə hirsləndi, Emin Əmrullayevə ismarıc göndərdi: "Axı sənin köməkçin var"

 “Sənin hünərin çatır, ay nazir, camaatın içinə çıxmağa? - Deputat parlamentdə hirsləndi, Emin Əmrullayevə ismarıc göndərdi: \"Axı sənin köməkçin var\"

SİYASƏT

Bugün, 11:30

"Sənin hünərin çatır, ay nazir camaatın içinə çıxmağa?".

 Mia.az xəbər verir ki, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib.

O, iclasda nazirləri "yıxıb-sürüyüb":

 “Sənin hünərin çatır, ay nazir, camaatın içinə çıxmağa? Get, sən özün camaatın içinə çıx. Get səni orda sözlə elə günə qoysunlar ki, adın yadından çıxsın. O sözləri xalq bizə deyir. Çünki xalqın əlçatanı deputatlardır. Biz orada canımızı qoyub gəlirik, çünki problemini həll edə bilmirik. Xalqın əli çatan deputatdır. Bizim də səlahiyyətimiz yoxdur. Qurumlar bizə deyir ki, siz yol çəkən deyilsiniz! Bəs bizi niyə rayonlara göndərirsiniz? Niyə camaatın içinə bizi göndərirsiniz? Deyirlər, gedin camaatı dinləyin. Dinləyirik, bizə deyirlər ki, iş ver”.

Deputatın sözlərinə görə, o, iki aydır nazir Emin Əmrullayevi tapa bilmir: “Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm. Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrın 10-u nazir gələcək, qeyd edəcəklər. Mənə cavab vermir. Təqvimimdə yazmışam, zəng etdim, cavab vermədi. Axı sənin köməkçin var. Tutaq ki, sənin günorta çox vacib işlərin oldu, görmədin. Sabah bax gör sənə kimlər zəng edib. Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib. Bir soruş ki, zəng etmisən, nə məsələdir”.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR