"Kurtlar Vadisi Pusu" serialı ilə bağlı istintaq başladıldı - FETÖ ilə əlaqə araşdırılır

\"Kurtlar Vadisi Pusu\" serialı ilə bağlı istintaq başladıldı - FETÖ ilə əlaqə araşdırılır

MƏDƏNİYYƏT

Bugün, 14:08

Türkiyədə MİT-ın keçmiş zabitinin 2011-ci ildəki sirli ölümü haqda oxşar səhnəyə görə istintaqda ssenaristlərinin ifadəsi alınan "Kurtlar Vadisi Pusu" serialının özüylə ilə bağlı indi də rəsmi araşdırma başlanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər ki, İstanbulun Silivri Baş Prokurorluğu MİT (Milli Kəşfiyyat Təşkilatı) üzvü Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı istintaq çərçivəsində "Kurtlar Vadisi Pusu" serialındakı FETÖ (Gülənçi Terror Təşkilatı) ilə əlaqəli səhnələri də radar"a alıb.

Məlumata əsasən, serialda "Kazım Kaşifoğlu" obrazının təsviri və "FG" (Fətullah Gülən mənsını verdiyi düşünülür - Mia.az)  nömrə nişanlı nəqliyyat vasitələrinin istifadəsinin qondarma təşkilatın təbliğat məqsədiylə təşkil etməsi iddiaları nəzərə alınaraq, prokurorluq epizodlardakı gizli mesajları və kənardan təlimatların olub-olmamasını araşdırır: "Artıq istintaq çərçivəsində hüquqi proseslər davam edir".

Xatırladaq ki, dünən Türkiyə mətbuatı serialın ssenaristlərindən biri olan Raci Şaşmazın prokurorluqdakı ifadəsindən bəzi məqamları yayıb.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR