"Azərbaycan–BƏƏ strateji tərəfdaşlığının, o cümlədən..." - Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib

\"Azərbaycan–BƏƏ strateji tərəfdaşlığının, o cümlədən...\" - Hikmət Hacıyev  Ərəb Media Forumunda iştirak edib

PRESS

Bugün, 09:56

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib.

Mia.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir: "Hörmətli Abdullah M. Əlhaməd, Ərəb Media Forumuna dəvətiniz üçün təşəkkür edir, bu mühüm tədbiri ən yüksək səviyyədə təşkil etdiyiniz üçün səmimi təbriklərimi çatdırıram. Azərbaycan–BƏƏ strateji tərəfdaşlığının, o cümlədən media və kommunikasiya sahəsində əməkdaşlığın Prezidentlərimizin rəhbərliyi və baxışlarına uyğun olaraq daha da inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələrimizi yüksək qiymətləndirdim".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR