Norveç Şahzadəsi vəfat etdi - 94 yaşında

Norveç Şahzadəsi vəfat etdi - 94 yaşında 

DÜNYA

Bugün, 18:48

Bu ilin avqustun 28-də vəfat edən Norveç Kralı V Haraldın böyük bacısı Şahzadə Astrid də bu gün dünyasını dəyişib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, 94 yaşında vəfat edib.

Bu barədə Norveç Kral ailəsi belə açıqlama yayıb: "Şahzadə Astridin vəfatını böyük kədərlə elan edirik."

Xatırladaq ki, 1932-ci ildə Norveçdə anadan olan Şahzadə Astrid anası Martanın 1954-cü ildə vəfatından sonra 22 yaşında ölkənin "Birinci Xanımı" olub. O, qardaşı Harald 1968-ci ildə evlənənə qədər 14 il bu statusu daşıyıb.

Onu da qeyd edək ki, Norveç Kralı V Harald 28 avqustda 89 yaşında vəfat edib..

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR