Prezident daha üç nəfərə vəzifə verdi (YENİLƏNİB)

Prezident daha üç nəfərə vəzifə verdi (YENİLƏNİB)

GÜNDƏM

Bugün, 17:27

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin tərkibi genişlənib.

Mia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi" publik hüquqi şəxsin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, İdarə Heyətinin tərkibi 3 üzvdən 4 üzvə artılır.

İdarə Heyəti Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və onun 3 müavinindən ibarət olacaq.

***

Digər sərəncamla Mərkəzin İdarə Heyəti sədrinə 3 müavin - Fərhad Məmməd oğlu Məmmədov, Cavid İsmayıl oğlu Vəliyev və Gülşən Məmmədəli qızı Paşayeva Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavinləri təyin edilib.

Xatırladaq ki, bu gün Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR