Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və..." - "Biz sülh şəraitində yaşamağı öyrənirik"
SİYASƏT
Bugün, 12:08
"Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və yerlərdə gələcək sülhün möhkəmləndirilməsi üçün əlavə səylər göstərməyə davam edəcək".
Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, üç il əvvəl Qarabağ münaqişəsinin sonuncu fəsli bağlanıb, bundan sonra Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub.
Hacıyev qeyd edib ki, bu ilin avqust ayında Azərbaycan və Ermənistan arasında sülh sazişinin və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin paraflanmasının birinci ildönümü qeyd olunub.
"Azərbaycan üçün münaqişə başa çatıb. Biz sülh şəraitində yaşamağı öyrənirik və bu istiqamətdə irəliləyirik", - prezidentin köməkçisi vurğulayıb.
Prezidentin köməkçisi həmçinin qeyd edib ki, sülh təkcə qarşıdurmanın olmaması deyil, həm də etimadın möhkəmləndirilməsi, bərpa və quruculuq demək olmalıdır.
O bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin son görüşü konstruktiv ab-havada keçib. "Tərəflər sülh gündəliyinin irəli aparılması, etimadın möhkəmləndirilməsi, eləcə də iki ölkə arasında ticarət əlaqələrinin və nəqliyyat bağlantısının inkişafı üçün ikitərəfli qarşılıqlı fəaliyyəti davam etdirməklə bağlı razılığa gəliblər, - H.Hacıyev deyib.
O, həmçinin TRIPP layihəsinin inkişafına da toxunub: "TRIPP layihəsinin inkişafı ilə bağlı müsbət siqnalları qeyd etməkdən məmnunam. Biz onun icrasına tam sadiqlik nümayiş etdirən amerikalı tərəfdaşlarımıza minnətdarıq. Ümid edirik ki, tikinti işləri yaxın vaxtlarda başa çatacaq".
H.Hacıyevin sözlərinə görə, ötən il diplomatik korpusun nümayəndələri Bakıdan Zəngilanadək olan nəqliyyat marşrutuna səfər edib və tikinti işlərinin gedişatı ilə tanış olublar.
O bildirib ki, dəmir yolu və avtomobil magistralının tikintisi demək olar ki, başa çatıb, bütün layihənin isə bu ilin sonunadək və ya gələn il ərzində (Azərbaycan ərazisində) başa çatdırılması planlaşdırılır.
"Hazırda biz səylərimizi bu layihənin Naxçıvan seqmentinin reallaşdırılmasına yönəldirik. Biz, həmçinin Avropa İttifaqından və digər dövlətlərdən olan tərəfdaşlarımızdan müsbət siqnallar alırıq. Onlar Naxçıvanın bərpası və yenidən qurulması üzrə səylərimizi dəstəkləməyə hazır olduqlarını ifadə edirlər", - prezidentin köməkçisi bildirib.
Onun sözlərinə görə, layihənin reallaşdırılması təkcə regionun deyil, həm də Avrasiya qitəsinin daha geniş hissəsinin yeni nəqliyyat bağlantısını təmin edəcək, Şərq-Qərb marşrutlarını və Orta Dəhlizi gücləndirəcək.
"Bu, regionumuzun bütün konfiqurasiyasını dəyişəcək və eyni zamanda Ermənistanın regional proseslərə inteqrasiyasını təmin edəcək", - H.Hacıyev vurğulayıb(report).
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
MHP-dən Ərdoğanla Yavaşın qapalı görüşü haqda diqqətçəkən açıqlama: "AK Partiyaya qatılsa..."
Bugün, 14:10 SİYASƏT
-
Azərbaycanla Türkiyə arasında sənəd imzalanıb
Bugün, 13:57 GÜNDƏM
-
İran prezidenti: "Dirənməliyik, çünki..."
Bugün, 13:16 DÜNYA
-
Milli Məclisdə müzakirə: magistratura təhsilinin müddəti 1 ilə endiriləcək?
Bugün, 13:04 CƏMİYYƏT
-
Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb
Bugün, 12:53 CƏMİYYƏT
-
Şahbaz Şərif Azərbaycana gəlir - Bu tarixdə
Bugün, 12:49 GÜNDƏM
-
Kinematoqrafçılar İttifaqının konfransı - Yeni sədr seçildi (Yenilənib)
Bugün, 12:44 MƏDƏNİYYƏT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:33 CƏMİYYƏT
-
Xaçmazda əməliyyat: 7 nəfər saxlanılıb
Bugün, 12:26 KRİMİNAL
-
Dünyanın ən səbirli heyvanı: Saatlarla yerindən tərpənmir
Bugün, 12:22 CƏMİYYƏT
-
Bakıda yataqxanada meyit tapılıb
Bugün, 12:15 CƏMİYYƏT
-
Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və..." - "Biz sülh şəraitində yaşamağı öyrənirik"
Bugün, 12:08 SİYASƏT
-
"Fənərbağça"da baş məşqçi problemi həll olundu - Kartalla Yıldırım görüşdü və...
Bugün, 11:54 İDMAN
-
“Bəzi müğənnilərə inkubator cücələri deyirəm” - Afaq Aslan + VİDEO
Bugün, 11:39 ŞOU-BİZNES
-
58 ölkə və 9 beynəlxalq təşkilatın 150 nəfərdən ibarət heyəti Qarabağ bölgəsində... - Hikmət Hacıyevin müşayiəti ilə + FOTOLAR (Yenilənib)
Bugün, 11:18 GÜNDƏM
-
İran XİN başçısından generalın etirafına reaksiya: "Amerika xalqı İsrailin müharibələrinin bədəlini ödəməməlidir"
Bugün, 11:09 GÜNDƏM
-
HƏMAS-ın vəzifəli şəxsi bu şəkildə öldürüldü - FOTO
Bugün, 11:00 DÜNYA
-
Ağdərədə mina partladı: 21 yaşlı şəxs yaralanıb - Birgə məlumat yayıldı
Bugün, 10:51 GÜNDƏM
-
Məşhur hücumçu türk məşqçidən küsüb: "Onun olduğu yerdə mən yoxam!"
Bugün, 10:21 İDMAN
-
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək
Bugün, 10:08 GÜNDƏM
-
Trampa belə sual verildi: "İranla müharibəyə girməyinizə peşmansınızmı?"
Bugün, 10:08 DÜNYA
-
Hikmət Hacıyev: "Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır"
Bugün, 09:59 SİYASƏT
-
İSTANBULDA NARKOBARON BELƏ SAXLANILDI - FOTOLAR
Bugün, 09:36 KRİMİNAL
-
Quba–Xınalıq yolu çəkdü - İTV süjet hazırladı + VİDEO
Bugün, 09:27 CƏMİYYƏT
-
Azərbaycan nefti daha 6 dollardan çox qalxdı - Qara qızılın qiyməti 120 dollara çatır
Bugün, 09:20 İQTİSADİYYAT
-
DÜNYA YENİ BÖHRANA SÜRÜKLƏNİR, VƏLİƏHD TRAMPA ARD-ARDA İKİ ZƏNG ETDİ: "Bizi onlardan qoruyun" - Dünya ticarətində tarazlıq çökür
Bugün, 09:02 GÜNDƏM
-
“Məkkə İttifaqı” ciddi sınaq qarşısında: İsrail Dəməşqin 35 km-də, Husilər isə... - TƏHLİL
Bugün, 08:57 SİYASƏT
-
Çempionlar Liqası: ingilislər "Sabah"ı "sökdü" (YENİLƏNİB)
Bugün, 00:50 İDMAN
-
Rusiya Ukraynanı bombalayır - Kiyev alova bürünüb, bir qəsəbədə isə...
Bugün, 00:47 GÜNDƏM
-
27 yaşlı bloger öldü - Plastik əməliyyatdan sonra
Bugün, 00:40 PRESS
-
Hakim partiyadan Mənsur Yavaşın Ərdoğanla görüşü barədə - Açıqlama
Bugün, 00:07 SİYASƏT
-
Əziz Yıldırımdan baş məşqçinin istefa bəyanatına reaksiya: "Başına butulka atdlar, ondan yana..."
Bugün, 00:06 İDMAN
-
Əlcəzairlə BƏƏ arasında gərginlik pik həddə - Bu gecədən hava məkanı da bağlanır
Bugün, 00:05 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT