İran XİN başçısından generalın etirafına reaksiya: "Amerika xalqı İsrailin müharibələrinin bədəlini ödəməməlidir"

İran XİN başçısından generalın etirafına reaksiya: \"Amerika xalqı İsrailin müharibələrinin bədəlini ödəməməlidir\"

GÜNDƏM

Bugün, 11:09

"Amerika xalqı İsrailin müharibələrinin əziyyətini çəkməməli, onun əvbəzini ödəməməlidir"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi ABŞ Hərbi Dəniz Qüvvələri komandanının müavini Hunq Kaonun İranın Bəhreyndəki ABŞ Beşinci Donanmasının qərargahına ciddi ziyan vurduğunu etiraf etməsinə cavab olaraq bildirib.

İran XİN başçısı deyib ki, Dəniz Qüvvələri katibinin müavini Hunq Kaonun səmimiyyətini yüksək qiymətləndirir: "Güclü Silahlı Qüvvələrimiz həqiqətən də Bəhreyndəki 5-ci Donanmanın qərargahını, eləcə də ABŞ təcavüzünü dəstəkləyən digər bazaları cəhənnəmə çevirib. Amerika xalqı və rəhbərliyi bundan nəticə çıxarmalı və doğru qərarlar verməlidirlər".

Tahir Şəlvəli

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR