Ağdərədə mina partladı: 21 yaşlı şəxs yaralanıb - Birgə məlumat yayıldı

Ağdərədə mina partladı: 21 yaşlı şəxs yaralanıb - Birgə məlumat yayıldı

GÜNDƏM

Bugün, 10:51

İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində Tərtər rayon sakini 2005-ci il təvəllüdlü Rüstəmzadə Sərxan Bəxtiyar oğlu minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Rüstəmzadə Sərxan yüngül xəsarət alıb: "Vətəndaş ANAMA əməkdaşları tərəfindən təhlükəli ərazidən təxliyə edilib. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR