Əlcəzairlə BƏƏ arasında gərginlik pik həddə - Bu gecədən hava məkanı da bağlanır

Əlcəzairlə BƏƏ arasında gərginlik pik həddə - Bu gecədən hava məkanı da bağlanır

DÜNYA

Bugün, 00:05

Əlcəzairlə Birləşmiş Ərəb Əmuirlikləri (BƏƏ) arasında diplomatik gərginlik ral tədbirlərə keçib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Əlcəzair hakimiyyəti BƏƏ ilə diplomatik münasibətləri kəsdiyini bəyan etdikdən az sonra növbəti addımı atıb.

Məlumata əsasən, Əlcəzair  bu gecədən etibarən Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş bütün mülki və hərbi təyyarələr üçün hava məkanını qapadıb.

Əlcəzair Müdafiə Nazirliyindən bildirilib ki, 11 sentyabrl, saat 00:00-dan etibarən BƏƏ-nin heç bir təyyarəsi hava məkanından keçə bilməz: "Qərar yalnız paytaxtdakı Houari Bumediene Beynəlxalq Hava Limanına gələn və oradan gedən kommersiya təyinatlı uçuşlara aid deyil".

Xatırladaq ki, Əlcəzair BƏƏ-ni təxribat və düşmənçilikdə ittiham edir: "Əlcəzair böyük təmkin və yüksək məsuliyyət hissi ilə hərəkət etsə də, BƏƏ bundan nəticə çıxarmadığı üçün  bütün əlaqələrei kəsdik...".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR