İranda dövlətə məxsus konfrans zalları da bağlanacaq - Pezeşkian qənaət rejimi barədə anons verdi

İranda dövlətə məxsus konfrans zalları da bağlanacaq - Pezeşkian qənaət rejimi barədə anons verdi

DÜNYA

Bugün, 18:57

"Yanacağa qənaət istiqamətində yeni addımlar atacağıq"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bunu İran Prezidenti Məsud Pezeşkian Daxili İşlər, Neft, Energetika və Sənaye, Mədən və Ticarət nazirliklərinin rəsmilərinin qatıldığı Yanacaq Komitəsinin iclasında ölkədə artan qiymətlərə münasibətdə deyib.

İran prezidenti bildirib ki, elektrik enerjisi istehsalında istifadə olunan yanacağa qənaət etmək üçün dövlətə məxsus çoxlu sayda konfrans zalları, üzgüçülük hovuzları və bir çox binalar qapadılacaq: "Səmərəliliyi artırmaq və yanacaq istehlakına qənaət etmək və bir sözlə, hazırkı böhranlı vəziyyəti idarə etmək məqsədiylə bu cür addımları atmaq məcburiyyətindəyik. Bununla yanaşı, dövlət qurumlarının binalarının dam örtüyü günəş panellərinin geniş istifadəsi də artıq qaçılmazdır".

Xatırladaq ki, İranda son dövrlərdə elektrik kəsintiləri artıb. Rəsmilər bunu istilik elektrik stansiyalarına yanacaq təchizatının kifayət qədər olmaması ilə əlaqələndirirlər. Bildirilir ki, ölkənin elektrik enerjisi istehsalının 86%-dən çoxunu təşkil edən istilik elektrik stansiyalarına təbii qaz təchizatının azalması və buna uyğun olaraq maye yanacaq çatışmazlığı elektrik enerjisi istehsalına mənfi təsir göstərir.

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR