Kənd təsərrüfatı naziri özünə yeni müşavir təyin edib

Kənd təsərrüfatı naziri  özünə yeni müşavir təyin edib

İQTİSADİYYAT

Bugün, 16:02

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov özünə yeni müşavir təyin edib.

Mia.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, nazir bununla bağlı müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, Ramil Əzməmmədov nazirin müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.Əzməmmədov eyni zamanda bu ilin may ayından Aqrar Sığorta Fondunun Apellyasiya Şurasının sədridir. Həmçinin Azərbaycan Tingçilər Assosiyasının İdarə Heyətinin sədri, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin üzvüdür.

R.Əzməmmədov həm də “Grand-Agro İnvitro” MMC-nin rəhbəridir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR