"Lazım gələrsə, yerində müdaxilə edəcəyik" - Yunanıstanın XİN başçısı niyə narahatdır?

\"Lazım gələrsə, yerində müdaxilə edəcəyik\" - Yunanıstanın XİN başçısı niyə narahatdır?

SİYASƏT

Bugün, 14:58

"Lazım gələrsə, Türkiyənin bölgədəki sərhədləri aşan fəaliyyətinə yerində müdaxilə edəcəyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis Türkiyənin Ege dənizi həndəvərində bəzi əraziləri qoruq elan etməsinə münasibət bildirərkən deyib.

Nazir qeyd edib ki, rəsmi Afinanın ərazi sularını 12 dəniz milinə qədər uzatmaq istəyindən əl çəkməyib, əksinə, bu istiqamətdə daha qətiyyətlidi: "Bu, Beynəlxalq Dəniz Hüququndan irəli gələn qanuni haqqımızdır. Türkiyənin buna qarşı olması və yersiz fəaliyyətini bilirik. Əgər dəniz sularımıza potensial təhlükə yaranarsa, yerində müdaxilə etməyə hazırıq. Bundan çəkinməyəcəyik. Ancaq biz gücün deyil, dialoqun tərəfdarıyıq. Türkiyə ilə dialoq kanallarımız açıqdır". 

Yunanıstan XİN başçısı rəsmi Ankaranın İsrail ilə əməkdaşlıqdan narahatlığına da toxunub: "Bu əməkdaşlııq xüsusən də müdafiə və texnologiya sahələrində Yunanıstana əhəmiyyətli güc verir. Afina paralel olaraq Ərəb dünyası ilə də strateji səviyyəli münasibətlər qurur. Və bunlar heç də Türkiyəyə qarşı deyil, bu, bizim suveren haqqımızdır. Bütün bunlarla bağlı Avropa Birliyi qurumlarını və üzv dövlətləri məlumatlandırmışıq. Həmçinin Türkiyənin son mövqeyi barədə müzakirələr aparırıq. Əgər Türkiyə ilə gərginlik böyüyərsə, müttəfiqlərindən konkret həmrəylik tələb edəcəyik".

Samir MUSAYEV

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR