Özgür Özəldən Mənsur Yavaşla Ərdoğanın qapalı görüşünə - Reaksiya

Özgür Özəldən Mənsur Yavaşla Ərdoğanın qapalı görüşünə - Reaksiya

SİYASƏT

Bugün, 00:12

Xəbər verdiyimiz kimi, dünən axşamüstü Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaşla Prezident Rəcəb Tayyib Ərdoğan arasında gözlənilməz görüş olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, CHP-li bələdiyyə sədrlərinin "ovlandığı" bir məqamda Yavaşın Ərdoğan tərəfindən Prezident İqamətgahında qəbul olunması və ikilinin mətbuata qapalı müzakirəsi ölkənin siyasi gündəmində "zəlzələ" yaradıb.

Görüşə maraqlı fikirləriylə ilk reaksiya verənlərdən biri də Yeni Partiyanın lideri Özgür Özəl  olub.

O, Koza TV-nin canlı yayımında bildirib ki, bu görüşdən əvvəlcədən xəbərdar olub: "Cənab Mənsur Yavaşın  Prezident Ərdoğanla görüşündən xəbərdaram. O, mənə müəyyən investisiyalar və layihələrlə bağlı görüş tələb etmək istədiyini demişdi..."

Xatırladaq ki, Mansur Yavaşın CHP-dn istefa verib Yeni Partiyaya qatılacağı da deyilrdi...

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR