Təhsil fədakarı... - Səxavət Tağlar Nailə Məmmədovanı təbrik edib

Təhsil fədakarı... - Səxavət Tağlar Nailə Məmmədovanı təbrik edib

MƏDƏNİYYƏT

Bugün, 15:34

 Bu gün həmkarımız- Mingəcevir şəhər Texniki və humanitar fənlər liseyinin direktoru Nailə xanım Məmmədovanın yeni yaşı günüdür.

Onu təbrik edib, uğur, cansağlığı və gözəl günlər arzusunda ikən, rəhbərlik etdiyi liseyin inkişafyönümlü təhsil göstəriciləri gözlərim önünə gəldi.

Nailə müəllimənin fəaliyyəti, məktəbin idarə olunması üzrə təcrübəsi və eləcə də şagirdlərinin davamlı uğurları deyir ki, o, nəinki Mingəcevir şəhər Təhsil Sektoru, Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə fərqli bir məktəb rəhbəri, işgüzar və yaradıcı təhsil lideridir, eyni zamanda, Azərbaycan təhsil sistemində tananan, sevilən və nümunə ola bilən bir rəhbərdir!

Təhsili əhatə edən bütün sahələr üzrə Mingəcevir şəhər Texniki və humanitar fənlər liseyinin uğurlu göstəricilərini izləyirik. İstər olimpiada və bilik yarışlarında, istər buraxılış imtahanlarının nəticələri üzrə, istərsə də məzunların ali məktəbə qəbulunda Azərbaycan təhsilinin ən uğurlu təhsil ocaqları sırasındadır. Bunlar öz yerində! Nailə müəllimə rəhbərlik etdiyi liseydə işgüzar, sağlam mənəvi- psixoloji bir mühit yaratmışdır.

Onu kollektivin hər bir üzvü bir rəhbər, bir ana, bir bacı kimi sevir. Buna Nailə xanım öz şəxsi nümunəsi, bilik və bacarığı ilə nail olmuşdur!

Yeni yaşınız çox mübarək Nailə xanım! Təbrik edib, peşə uğurları, uzun və mənalı ömür arzulayırıq Sizə! Uğurlarınız bol olsun!

Səxavət TAĞLAR,

Əməkdar müəllim, Prezident mükafatçısı

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR