QHT işi: Qalib Bayramova hökm oxundu
SİYASƏT
Bugün, 15:24
“QHT işi” üzrə ittiham olunanlardan biri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Mia.az lent.az-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, Qalib Bayramova 2 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Onun barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək iltizam tədbiri ilə əvəzlənib.
Prokuror təqsirləndirilən Qalib Bayramovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini, 5 il sınaq müddəti seçilməklə cəzasının şərti hesab olunmasını təklif edib.
Qeyd edək ki, Qalib Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində polis nəzarəti altına vermə qətimkanı seçilib.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır. Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.
"İştirak Evi" MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.
Xatırladaq ki, Qalib Bayramov millət vəkili Vüqar Bayramovun və iqtisadçı Qubad İbadoğlunun qardaşıdır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Dustaqlara futbola baxmaq qadağan olundu
Bugün, 16:17 DÜNYA
-
Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef oğurlandı - Saxlanılan var - Foto
Bugün, 16:13 PRESS
-
TÜRKİYƏNİN 3 NAZİRİNİN MÖBİL TELEFONUNA SIZMA CƏHDİ OLUB
Bugün, 16:01 İDMAN
-
"Samsunspor"da ayrılıq olub
Bugün, 15:42 İDMAN
-
Təhsil fədakarı... - Səxavət Tağlar Nailə Məmmədovanı təbrik edib
Bugün, 15:34 MƏDƏNİYYƏT
-
QHT işi: Qalib Bayramova hökm oxundu
Bugün, 15:24 SİYASƏT
-
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə düşdü - FOTO
Bugün, 15:15 GÜNDƏM
-
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - VİDEO, FOTOLAR
Bugün, 15:08 CƏMİYYƏT
-
İlham Əliyev Xalq artisti vəfatı ilə bağlı nekroloq imzaladı - MƏTN
Bugün, 15:02 GÜNDƏM
-
Suriyada silah anbarı partladılıb - Yaralılar var
Bugün, 14:47 DÜNYA
-
Leyla Əliyeva, Arzu Əliyeva və diplomatlar Madriddə sərgidə - FOTOLAR
Bugün, 14:36 GÜNDƏM
-
"Kurtlar Vadisi Pusu" ilə tanınan 54 yaşlı aktrisa bu dəfə geyimiylə gündəm oldu
Bugün, 14:17 ŞOU-BİZNES
-
Türkiyə Qara dənizdə yenidən neft axtaracaq
Bugün, 14:09 İQTİSADİYYAT
-
Kollecdə korrupsiya faktları üzə çıxdı: 4 nəfərə cinayət işi açıldı
Bugün, 13:33 CƏMİYYƏT
-
Ceyhun Bayramov: "Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir"
Bugün, 13:18 SİYASƏT
-
Okan Buruk "Sportinq"lə oyuna ümidlidir: "Əlimizdən gələni edəcəyik"
Bugün, 13:10 İDMAN
-
“ROX Energy Global” ilə külək və günəş enerjisi layihələri müzakirə edilib
Bugün, 12:59 İQTİSADİYYAT
-
Azercell ilk yeni nəsil diler mağazasını istifadəyə verir - FOTOLAR
Bugün, 12:55 İQTİSADİYYAT
-
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bugün, 12:41 CƏMİYYƏT
-
Trampdan 12 dövlətin bəyanatına reaksiya: "Böyük Britaniyanın liderlyi ilə İsrailə qarşı yeni sanksiyalar..."
Bugün, 12:34 DÜNYA
-
Prezident İlham Əliyev Emoməli Rəhmona məktub ünvanlayıb - MƏTN
Bugün, 12:28 GÜNDƏM
-
Sabah Bakıda yağış yağacaq
Bugün, 12:14 CƏMİYYƏT
-
ALMANİYADA FAŞİST TƏFƏKKÜRLÜ PARTİYA ÖNƏ ÇIXIR - Almanlar ayağa qalxdı, "dünyanın gözü bizdədir" deyir
Bugün, 12:06 DÜNYA
-
İsraillə Britaniya arasında gərginlik böyüyür - İngilis diplomatlara 7 gün vaxt verildi
Bugün, 11:56 DÜNYA
-
Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanılıb
Bugün, 11:29 KRİMİNAL
-
Pomidor "tomat"ı beyin funksiyanıza necə təsir edir? - ARAŞDIRMA
Bugün, 11:21 İQTİSADİYYAT
-
BAKIDA İKİ HƏKİMƏ CİNAYƏT İŞİ AÇILIB - Onlar nədə ittiham olunur?
Bugün, 11:14 KRİMİNAL
-
Modelyer Leyla Əhmədova haqqında şok məlumatlar yayıldı: dələduzluq, özgə əmlakına zərərvurma, həbs və... - Şok ittihamlar (VİDEO, Yenilənib)
Bugün, 10:57 KRİMİNAL
-
Yeni Partiyaya qatılan 6 deputat geri dönür?
Bugün, 10:49 SİYASƏT
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək
Bugün, 10:41 İQTİSADİYYAT
-
15 il əvvəl öldürülən kəşfiyyatçı... - Məzarı açılacaq
Bugün, 10:21 DÜNYA
-
Tarixin ən böyük kriptovalyuta soyğunu: 245 milyon dollar oğurluq, bir gecədə xərclənən 500 min dollar və...
Bugün, 10:16 İQTİSADİYYAT
-
"Şəki Yaylası"da dəhşətli hadisədə ölən şəxs "DOST"un əməkdaşı imiş - "Yeni ailə qurmuşdu"
Bugün, 10:07 CƏMİYYƏT