CHP-dən qovulan bələdiyyə sədri məhkəmədə huşunu itirdi

CHP-dən qovulan bələdiyyə sədri məhkəmədə huşunu itirdi

SİYASƏT

Bugün, 09:00

Türkiyədə rüşvət almaqda ittiham olunaraq Ankarada saxlanılan Bolu bələdiyyəsinin sabiq sədri Tanju Özcan hakim qarşısına çıxarılıb.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, o, məhkəmədə mal varlığı barədə sualları cavablandırarkən huşunu itirib.

Məlumata əsasən, həkimlərin müdaxiləsiylə ayılan keçmiş bələdiyə sədri, CHP-dən aylar əvvəl qovulan Tanju Özcan əsəbdən şəkər xəstəliyi tapdığını deyib: "Haqsız saxlanldığım üçün əsəblərimə hakim ola bilmirəm. Bu da məndə ağır şəkər yaradıb. Təsəvvür edin, 25 kilo arıqladım. Artıq arıqlamağa gücüm qalmayıb. Bədənimdə əriyəcək yağ qalmadığı üçün şəkər əzələlərimi yeyir"

O, daha sonra günahsız olduğunu deyib, rüşvət və digər ittihamları rədd edib. Ancaq hakim onun həbsdə qalmasına qərar verib.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR