Türkiyənin 3 bölgəsində güclü yanğın: bəzi kəndlər boşaldıldı, əhali təxliyə olundu - FOTOLAR

Türkiyənin 3 bölgəsində güclü yanğın: bəzi kəndlər boşaldıldı, əhali təxliyə olundu - FOTOLAR

GÜNDƏM

Bugün, 09:14

Türkiyənin 3 bölgəsində güclü yanğın davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, Antalya, Adana və Mersindəki meşə yanğınları artıq yaşayış massivlərini təhdid etməyə başlayıb.

Məlumata görə, əlavə qüvvələrin səfərbərliyi ilə təxirəsalınmaz mübarizə nəticəsində Antalya və Mersindəki yanğınlar qismən nəzarətə alınsa da, küləyin təsiri ilə Adanadakı üç rayona yayılan alovlar qorxu saçır.

Xəbərdə deyilir ki, yanğınlara Antalyada 254 ev, Adanadakı 40 ev tədbir olaraq boşaldıllıb, əhali təxliyə edilib, bölgəyə çoxsaylı əlavə texnika və qüvvələr göndərilib: "Bunun nəticəsində Mersinin Bozyazı rayonundakı yanğın nəzarət altına alınıb. Digər bölgələrə 2 təyyarə, 5 vertolyot, 66 quru nəqliyyat vasitəsi və 230 əlavə personal göndərilib. Adanada baş verən yanğın Kozandan Aladağ və İmamoğlu rayonlarına yayılıb. Enizəkırı məhəlləsində 40 ev təxliyə edilib, 130 hektardan çox meşə sahəsi kül olub.GHazırda Antalya, Adana və Mersində dörd ayrı meşə yanğınının nəzarət altına alınması üçün hava və yerüstü müdaxilələr davam edir".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR