Böyük Britaniya səmasında xaos - Uçuşlar bir-birinin ardınca ləğv edildi

Böyük Britaniya səmasında xaos - Uçuşlar bir-birinin ardınca ləğv edildi

GÜNDƏM

Bugün, 00:19

Bu gün Böyük Britaniya hava məkanıda xoas yaranıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, hava nəqliyyatının idarə olunması sistemində yaranan texniki nasazlıq ölkə daxilində uçuşları dayandırıb.

"Flightradar24"ün məlumatına görə, yaranmış problemə görə ən azı 425 uçuş ləğv edilib: "Hitrou, Qetvik, Mançester və Stansted də daxil olmaqla bir çox hava limanlarında yüzlərlə uçuş ləğv edilib, digər bir çox hava limanlarında isə uzun gecikmələr var. Problemin qısa zamanda həlli gözlənilmir. Müəyyən zaman lazımdır. Hazırda texniki problemin aradan qaldırılması istiqamətində gərgin iş gedir".

Böyük Britaniyanın Milli Hava Hərəkəti Xidmətləri (NATS) problemin uçuşların idarə olunması sistemindən qaynaqlandığını təsdiqləyib: "Başqa hər hansı problem yoxdur. Texniki nasazlığı aradan qaldırmaq üçün işə başlanıb"

Samir MUSAYEV

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR