Avropa İttifaqı İsrailə qarşı bəyanat verdi

Avropa İttifaqı İsrailə qarşı bəyanat verdi

DÜNYA

Bugün, 16:34

Avropa İttifaqı (Aİ) İordan çayının qərb sahilində Fələstinə məxsus torpaq sahələrinin israillilər tərəfindən zəbt olunmasına etiraz edib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə Aİ bəyanat yayıb.

Bəyanatda bölgədə zorla ələ keçirilən torpaq sahələri və orada israillərin yaşayış məskənləri salması pislənilib.

Aİ Komissiyasının Xarici İşlər üzrə sözçüsü Anuar el Anouni bəyanatla bağlı bildirib ki, baş verənlər qəbul edilməzdir: "Bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın bu yaxınlarda xüsusi açıqlama verib. Xanım Kallas qeyd olunan bölgədə zorla məskunlaşma siyasətinin son dərəcə narahatlıq doğurduğunu söyləyib. Biz indisə üzv dövlətlərlə birlikdə bunu qınadıq."

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR