Deputatın qardaşı və qardaşı arvadı haqqında qərar verildi - Ölkədən çıxışa qadağa və...

Deputatın qardaşı və qardaşı arvadı haqqında qərar verildi - Ölkədən çıxışa qadağa və...

DÜNYA

Bugün, 21:31

Almaniyada daşınmaz əmlaklar almaqla yanaşı, xarici şirkətlərə bəyan edilməmiş pulların köçürülməsi ilə bağlı haqqında araşdırma başlayan Ankara Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Melih Gökçekin oğlu, AKP-li deputat Osman Gökçekin qardaşı Ahmet Gökçek və arvadı Hülya Gökçek bu gün prokurorluqda şübhəli şəxs qismində ifadə veriblər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ifadələrindən sonra ər-arvad Ankarada hakim qarşısına çıxarılıblar.

Məlumata görə,hakim onların ölkədən çıxışına qadağa qoymaqla, polis nəzarətinə verilməsi barədə qərar verib

Xatırladaq ki, bir neçə gün əvvəl Melih Gökçəkin özü də ailəsinin Almaniyadakı investisiyaları ilə bağlı ifadə verib. İstintaq davam edir.

Maraqlıdır ki, deputat Osman Gökçək ailəsinə yönəlik ittihamları cavablandırmaqdan qaçır.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR