Ərdoğan İsrailə xəbərdarlıq edib, İranla müharibə barədə mesajlar verib: "Sakit davranışımız heç kəsi aldatmasın!" - "Türkiyənin dostları qalib, düşmənləri məğlub olacaq"

Ərdoğan İsrailə xəbərdarlıq edib, İranla müharibə barədə mesajlar verib: \"Sakit davranışımız heç kəsi aldatmasın!\" - \"Türkiyənin dostları qalib, düşmənləri məğlub olacaq\"

GÜNDƏM

Bugün, 20:13

Bu gün Türkiyə prezidenti Ərdoğan hökumətin iclasından sonra keçirdiyi brifinqdə İsrailə xəbərdarlıq edib, İranla ABŞ arasındakı müharibə barədə mühüm mesajlar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan çıxışında ad çəkmədən İsrailə barmaq silkələyib.

O, İsrailin Suriyadakı son əməliyyatlarına işarə edərək bildirib ki, Türkiyənin təmkinli davranışı heç kimi aldatmasın: "Aydın və birmənalı şəkildə xəbərdarlıq edirəm: sakit davranışımız heç kəsi yalan ümidlərlə yoldan çıxarmasın! Bu torpaqlarda heç kimin əməliyyat keçirməsinə imkan verməyəcəyik. Bölgəmizdə düşmənçilik siyasətinə sakit dayanmayacağıq. Türkiyə heç bir inanca və ya cəmiyyətə qarşı deyil. Türkiyə, kim olursa olsun, bütün növ quldurluğa qarşıdır. Biz qəti şəkildə heç kimə qarşı düşmənçilik etmirik. Ölkəmizin güclənməsindən narahat olanlar bizi yolumuzdan döndərə bilməzlər. Heç kimin tarixin axarını dəyişdirməyə gücü yoxdur. Türkiyənin dostları qalib gələcək, düşmənləri məğlub olacaq".

Ərdoan daha sonra İranla savaşın yaradığı böhrana ttoxunub: "Bu müharibə ABŞ da daxil olmaqla, bir çox ölkədə neft qiymətlərini artıb. İsrailin təhriki və təxribatları ilə başlayan müharibənin bədəlini təkcə İran xalqı deyil, hər kəs ödəyir. Bu radikal düşüncə tərzi dəyişməsə, böhran fırtınası dəyişməyəcək. Biz Türkiyə iqtisadiyyatını inkişaf və böyümə yolunda saxlayırıq. Çətinliklərə baxmayaraq, istehsal və investisiyaya üstünlük verən siyasətimizdə heç bir dəyişiklik yoxdur. İnflyasiyaya qarşı mübarizədə qətiyyətli mövqeyimiz davam edəcək".

F.ƏHMƏD

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR