Şimali Koreya "Kang Kon" esminesi istismara verdi - 5000 tonluq hərbi gəmi nüvə başlıqları ilə təchiz edilib

Şimali Koreya  \"Kang Kon\" esminesi istismara verdi - 5000 tonluq hərbi gəmi nüvə başlıqları ilə təchiz edilib 

DÜNYA

Bugün, 11:14

Şimali Koreya  nüvə silahı ilə təchiz olunmuş  donanmasını gücləndirib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu məqsədlə ötən gün "Kang Kon" esminesi istismara verilib.

Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə,  Vonsan liman şəhərində Şimali Koreya lideri Kim Çen Inın rəhbərliyi ilə həyata keçirilən təqdimetmə mərasimində bildirilib ki, "Kang Kon" adlı yeni 5000 tonluq esmines nüvə başlıqları ilə təchiz edilib və çoxprofilli funksiyalara sahibdir: "Bu, artıq Şimali Koreyanın Şərq Donanmasının inventarına əlavə olunub".

Tədbirdə çıxış edən ölkə başçısı Kim deyib ki, yeni nəsil esmines ölkənin nüvə əks-hücum sisteminin bir qüvvəsi olaraq düşmənlərə ölümcül cavab zərbəsi vurmalıdır: lkəmizin donanmasını nüvə təyinatlı silahlı qüvvələrə çevirəcəyik. Biz ölkəmizin dəniz müdafiəsini gücləndirməli və bununla da bölgədə müharibənin qarşısının alınması istiqamətində gücümüzü göstərməliyik".

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR