QHT işi: Mərkəz rəhbərinin şikayətinə "yox" deyildi

QHT işi: Mərkəz rəhbərinin şikayətinə \"yox\" deyildi

GÜNDƏM

Bugün, 11:07

Gəncə Apellyasiya Məhkəməsində "QHT işi" üzrə ittiham olunan Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Gəncə Regional İcma Mərkəzinin rəhbəri olan Asəf Əhmədov ötən 2025-ci ilin martında "QHT işi" çərçivəsində saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asəf Əhmədov 8 il azadlıqdan məhrum edilib/pravda.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR