Türkiyədə 6 klub və bir neçə klub rəsmisi cəzalandırılıb

Türkiyədə 6 klub və bir neçə klub rəsmisi cəzalandırılıb

İDMAN

Bugün, 14:37

Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Şurası (PFDK) 6 komandanı cəzalandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə TFF açıqlama yayıb.

Qeyd edilib ki, qərara əsasən, "Fənərbaxça" və "Trabzonspor"un hər biri 480.000 lirə, "TÜMOSAN Konyaspor", "Qaziantep FK", "Çaykur Rizespor" və "Amedspor"un isə hər biri 280.000 lirə cərimələnib.

Bundan başqa, "Eyüpspor"un baş məşqçisi Özhan Pulata bir oyunluq cəza və 100.000 lirə cərimə, "Samsunspor" Klubunun prezidenti Yüksel Yıldırıma 100.000 lirə cərimə, "Corendon Alanyaspor" rəsmisi Mevlüthan Çavuşoğluna isə bir oyunluq cəza və 100.000 lirə cərimə tətbiq olunub.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR