Milli Müdafiə Nazirliyi: "Suriyaya dəstəyimiz davam edəcək"

Milli Müdafiə Nazirliyi: \"Suriyaya dəstəyimiz davam edəcək\"

DÜNYA

Bugün, 12:54

"Türkiyə Suriyanın təhlükəsizliyinin və sabitliyinin gücləndirilməsinə, institusional potensialının inkişaf etdirilməsinə və Suriya xalqının sülh və rifahının təmin edilməsinə dəstəyini davam etdirəcək".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda Yaxın Şərqi münaqişə zonasına çevirməyə çalışan İsrailin davranışı da tənqid edilib. Qeyd olunub ki,  İsrail hökumətinin ekspansionist və aqressiv mövqeyi beynəlxalq ictimaiyyətin gözü qarşısında davam edir: "İsrail Suriya və Livanın ərazi bütövlüyünü pozan hərbi fəaliyyətini davam etdirir, digər yandan Fələstində qanunsuz məskunlaşma siyasətiylə terrorizmini təşviq edir. İsrail bununla təkcə regional sabitliyə və təhlükəsizliyə deyil, həm də qlobal sabitliyə və təhlükəsizliyə zərər verir. Şübhəsiz ki, bu,  beynəlxalq hüquqa olan inamını getdikcə sarsıdır. Türkiyə olaraq biz regionda sülhün və sabitliyin bərqərar olması üçün səy göstərməyə davam edəcək".

F.SƏFƏRLİ

MİA.AZ 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR