Türkiyədə sabiq Daxili işlər naziri istintaqa çağırıldı

Türkiyədə sabiq Daxili işlər naziri istintaqa çağırıldı

DÜNYA

Bugün, 17:14

Türkiyənin sabiq Daxili işlər naziri İdris Nam Şahin bu gün Ankarada istintaqa çağırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər veirr ki, o, dövlət tərəfindən  sərəncamına verilən iki xidməti maşınnın "Süleymançı"lar təriqətinin istifadəsinə verilməsi epizodu üzrə dindiriləcək.

Məlumata əsasən, Ankara prokurorluğuna ifadə vermək üçün çağırılan sabiq nazir bu barədə jurnalistlərin sualını cavabsız buraxıb.

Xatırladaq ki, təriqət lideri Alihan Kurişin qardaşı sabiq nazirin xidməti maşını ilə 200 kq-dan çox qızılla qaçarkən tutulub. Həmin vaxtı onun istifadəsində olan maşının tərqiətin əlinə necə keçməsinə izah verən keçmiş nazir bildrib ki, maşınları avtomobil icarəsiylə məşğul olan şirkətə anlaşma ilə verib: "Nə edibsə, bu şirkət edib. Onlara qarşı iddia qaldıracam".

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR