Yaxın Şərqdə müharibə yenidən qızışır - İran ABŞ-ın hücumunun qisasını bölgə ölkələrindın çıxır

Yaxın Şərqdə müharibə yenidən qızışır - İran ABŞ-ın hücumunun qisasını bölgə ölkələrindın çıxır

GÜNDƏM

Bugün, 10:54

Üç gün  əvvəl ABŞ-ın İrana qəfil zərbəsiylə bölgədə müharibə yenidən alovlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər veir ki, ötən gecə davam edən zərbələrə qarşılıq olaraq İran ordusu Amerikının bölgədəki bazalarına əks hücumları artırıb.

Məlumata görə, İran daha çox Küveytə raket və dronlarla güclü hücum həyata keçirib.

İran dövlət televiziyasından bildirilib ki, Küveytdəki ABŞ hərbi bazalarına güclü zərbələr endirlib: "Bu, ABŞ-ın İrana qarşı əməliyyatlarına cavab xarakteri daşıyır".

İran bu ölkə ilə yanaşı, İordaniya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və İraqən şimalına - kürd müxtariyyətindəki ABŞ-la əlaqəli hədəflərə də hücumlar həyata keçirib.

Küveyt ordusu hücumu təsdiqləyərək, ölkənin hava hücumundan müdafiə sistemlərinin İrandan gələn raket və dronlara qarşı aktivləşdirildiyini bəyan edib.

İddia olunub ki, hava hücumundan müdafiə sistemləri raket və dronları "ələ keçirib": "İranın raketi hücmundan sonra baş verən partlayışlar  zərəriszləşdirmə ilə əlaqəli olub..."

İran İnqilab Keşikçiləri isə Küveytin məlumatına cavab olaraq bildirib ki, ölkədəki i Əli əs-Səlim Hava Bazasındakı ABŞ hərbi bazasına hücum uğurlu olub.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR