YAP-ın gecikən növbəti qurultayı: nə vaxt olacaq?
SİYASƏT
03.09.2026, 12:29
Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayı müəyyən edilmiş vaxtdan altı ay gecikir. Belə ki, YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib. Nizamnaməyə əsasən, partiyanın qurultayı 5 ildən bir keçirilir. Bu, Yeni Azərbaycan Partiyasının sayca VIII qurultayı olacaq. Qurultaylar adətən yalnız formal tədbir olmur - onlar həm siyasi kursun təsdiqi, həm də struktur və proqram yenilənməsi üçün əsas platformadır.
Mümkündür ki, qurultay oktyabr və ya noyabr ayının ilk ongünlüyündə keçirilsin. Bu qurultayda partiyanın ötən 5 illik hesabatı dinləniləcək, eyni zamanda, partiyanın İdarə Heyətində, o cümlədən partiyanın Veteranlar Şurasında diqqətçəkən dəyişikliklər olacaq. İddialara görə, idarəetmədə yer alan, lakin Partiyaya töhfə verə bilməyən hər kəslə yollar ayrılacaq, bəzi gənc deputatlar idarəçilikdə daha aktiv postlarda yer alacaqlar. Həmçinin Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri vəzifəsinə yeni sima gətiriləcək. Nəsiminin icra başçısı təyin olunmuş Tahir Budaqov isə güman ki, İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərəcək. Yeri gəlmişkən, iyulda YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımovun, Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədovun, Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyevin, Xaçmaz rayon rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovun və Qusar rayon təşkilatının sədri David İbrahimxəlilovun təqaüd yaşına çatmaları ilə əlaqədar tutduqları vəzifədən azad olunublar. Onların yerinə təyinatlar da olub. Bu da partiyanın yeni strategiyasında gənc kadrlara daha da önəm veriləcəyi haqda rəyləri artırıb…
Hakim partiyanın deputatı Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, nizamnamədə qurultayın 5 ildən bir keçirilməsi qeyd olunub. Onun sözlərinə görə, amma mütləq deyil ki, qurultay 5 ilin tamamında keçirilsin: “Partiyamız nizamnaməyə uyğun şəkildə qurultay keçirəcək. Sadəcə, konkret nə vaxt olacağı barədə məlumatım yoxdur”. Qeyd edək ki, YAP "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılıb. 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb. Partiyanın təxminən 800 min üzvü var.
Mia.az-ın əldə etdiyi məlumata görə, qurultay noyabr ayında keçiriləcək.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Bavariya" "Qalatasaray"dan aldığı futbolçunu satışa çıxardı
Bugün, 00:24 İDMAN
-
Türkiyədə həbsdə olan kürd siyasətçi azadlığa buraxılır
Bugün, 00:24 DÜNYA
-
Bayılda külək binanın fasadını qopardı - VİDEO
Bugün, 00:17 CƏMİYYƏT
-
Sədr və qardaşına yaxın vəzifəlilər AZAL-dan uzaqlaşdırılıb - Yoxlamanın nəticəsi nə vaxt elan olunacaq?
Bugün, 00:12 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
Deputatın qardaşı və qardaşı arvadı haqqında qərar verildi - Ölkədən çıxışa qadağa və...
07.09.2026, 21:31 DÜNYA
-
Ərdoğan İsrailə xəbərdarlıq edib, İranla müharibə barədə mesajlar verib: "Sakit davranışımız heç kəsi aldatmasın!" - "Türkiyənin dostları qalib, düşmənləri məğlub olacaq"
07.09.2026, 20:13 GÜNDƏM
-
"Fənərbağça" yapon hücumçu üçün 25 milyon avro təklif verdi, rədd cavabı aldı
07.09.2026, 19:52 İDMAN
-
"Fənərbağça"da daha bir ayrılıq - İstanbuldan yola salanı olmadı
07.09.2026, 18:57 İDMAN
-
"Changan"ların mühərriki niyə tez sıradan çıxır? - VİDEO
07.09.2026, 18:42 İQTİSADİYYAT
-
Abid Şərifovun qardaşı oğlu təqaüdə göndərildi - Nazir əmr imzaladı
07.09.2026, 18:02 GÜNDƏM
-
Məşhur jurnalist ev dustaqlığına buraxıldı - 40 il müddətinə həbsi istənilirdi
07.09.2026, 17:51 PRESS
-
Energetika Nazirliyi: "IRENA ilə COP31-in enerji gündəliyi müzakirə edilib"
07.09.2026, 17:43 İQTİSADİYYAT
-
Partiya bəyanat yaydı - MƏTN
07.09.2026, 17:25 SİYASƏT
-
Nazirlikdən hava ilə bağlı - XƏBƏRDARLIQ
07.09.2026, 17:23 GÜNDƏM
-
Keçmiş Baş nazir prokurorluğa çağırılıb
07.09.2026, 17:08 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
07.09.2026, 17:00 İQTİSADİYYAT
-
Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur
07.09.2026, 16:52 GÜNDƏM
-
DAHA İKİ QHT RƏHBƏRİNƏ AĞIR CƏZA VERİLDİ - Məhkəmə prosesi
07.09.2026, 16:38 SİYASƏT
-
SABİQ DEPUTAT "ATƏŞGAH SIĞORTA"DAN ŞİKAYƏTLƏNİR: "Uzaq durun, pulunuz batacaq!"
07.09.2026, 16:29 CƏMİYYƏT
-
Rayonlara leysan yağır
07.09.2026, 16:10 GÜNDƏM
-
YAP Sumqayıt şəhər təşkilatının hesabat konfransı: nə və niyə tənqid edildi? - VİDEO, FOTOLAR
07.09.2026, 15:55 SİYASƏT
-
Deputatdan YAP-ın gözlənilən qurultayı haqda açıqlama: "...mühüm siyasi hadisə olacaq"
07.09.2026, 15:47 SİYASƏT
-
Qarabağ zonasında 1706,4 ha ərazi minalardan təmizlənib
07.09.2026, 15:29 CƏMİYYƏT
-
Azərbaycan millisi xüsusi hazırlıq üzrə toplanışa start verib
07.09.2026, 15:22 İDMAN
-
"44" bədii filminin premyerası: vaxt açıqlandı
07.09.2026, 15:14 MƏDƏNİYYƏT
-
"Dedilər ki, burada İcra Hakimiyyəti ilə bələdiyyə..." - Xətaidə daha bir qalmaqal + VİDEO
07.09.2026, 15:07 CƏMİYYƏT
-
Sentyabrın əsas şanslı bürcləri: Siyahıda kimlər var?
07.09.2026, 15:00 CƏMİYYƏT
-
"Bakı yalnız hazır hərbi vasitələrin əldə olunmasında maraqlı deyil, əsas məsələ..." - TƏHLİL
07.09.2026, 14:53 SİYASƏT
-
Azercell və ADA Universiteti tələbələr üçün süni intellekt üzrə praktiki təlim proqramı həyata keçirdi
07.09.2026, 14:53 İQTİSADİYYAT
-
Ankara səmasında sirli gecə - İnsanlar niyə qorxuya düşüb? (FOTO)
07.09.2026, 14:42 DÜNYA
-
QHT sədri məhkəmə zalından şərti azadlığa buraxıldı
07.09.2026, 14:37 SİYASƏT
-
Prezident İlham Əliyev ona "Şöhrət" ordeni verdi - Sərəncam
07.09.2026, 14:02 GÜNDƏM
-
PREZİDENT XANHÜSEYN KAZIMLININ OĞLUNU VƏZİFƏDƏN AZAD ETDİ - Fond sədri vəzifəsinə yeni təyinat
07.09.2026, 13:49 GÜNDƏM