Hacıqabulda çoban güllələnib

Hacıqabulda çoban güllələnib

GÜNDƏM

Bugün, 17:07

Hacıqabul sakini ov tüfəngindən açılan atəş nəticəsində vəfat edib.

Mia.az xəbər verir ki, hadisə rayonun Udulu kəndində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü İxtiyar Səmədovun meyiti yaşadığı evdə aşkar edilib.

İlkin məlumata görə, adıçəkilən şəxs ov tüfəngindən aldığı xəsarət nəticəsində vəfat edib. Onun çoban olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma başlanılıb/qafqazinfo.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR