Sabiq Baş nazirə cinayət işi açıldı - Ərdoğanı təhqir etməkdə ittiham olunur

Sabiq Baş nazirə cinayət işi açıldı - Ərdoğanı təhqir etməkdə ittiham olunur

SİYASƏT

Bugün, 12:14

Türkiyənin sabiq baş naziri, ötən aya qədər Gələcək Partiyasının sədri olan Əhməd Davudoğluna cinayət işi açılıb.

Mia.az Türkiyə mətbuatına aistinadla xəbər verir ki,  bu barədə Ankara Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyulun 26-a fəaliyyəti dayandırılan Gələcək Partiyasının lideri Əhməd Davudoğlu sosial media paylaşımlarında Prezident Ərdoğanı təhqir edib: "Bu səbəbdən ona "Prezidenti təhqir etmək" ittihamı ilə  cinayəti işi açılıb".

Məlumatda deyilir ki, Davudoğlu düz 4 il əvvəl, daha dəqiqi, 14 aprel 2022-ci ildə yzdfığı bu statusa görə istintaqa çəkilib:  "Milyardlarına milyardlar qatdılar, haram koxma yedilər, ətraflarını varlandırdılar. Kürəkənini nazir etdi, qohumlarını varlandırdı və Türkiyəni 5 müteahhidə peşkəş çəkdi...".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR