"İran xalqı nə vaxt ayağa qalxıb mübarizə aparacaq?" - ABŞ prezidenti İranla danışığa can atmadığını, Tehran rejimini fərqli taktika ilə "boğacaqları"nı iddia edir

\"İran xalqı nə vaxt ayağa qalxıb mübarizə aparacaq?\" - ABŞ prezidenti İranla danışığa can atmadığını, Tehran rejimini fərqli taktika ilə \"boğacaqları\"nı iddia edir

SİYASƏT

Bugün, 12:11

"ABŞ mediasında Vaşinqton administrasiyasının İranı danışıqlar masasına gətirməyə çalışması haqqında yazılanlar boş iddialardır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O, "ABC News"un bu barədə yazısını rədd edib: "İranın bizim üçün dəyəri olmayan hansısa  bir razılaşma imzalayıb-imzalamaması əhəmiyyətli deyil. Əksinə, indiki vəziyyətdə ABŞ-ın strateji mövqeyi daha güclüdür. Hörmüz boğazı demək olar ki, tamamilə nəzarət altındadır, İran blokadaya alınıb, iqtisadiyyatın sürətli çökmə prosesindədir. Tehran administrasiyası qaçılmaz fəlakətdən yayınmağa can atır. Onlar onsuz da bu fəlakətdən qurtulmaq üçün bizimlə danışmaq istəyirlər. Mənə isə maraqlıdır: İran xalqı nə vaxt ayağa qalxıb, mübarizə aparacaq?".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR