33500 manata "BMW 520I",  26 minə "BMW 740LI".... - Dövlətə məxsus maşınlar hərracda satıldı

33500 manata \"BMW 520I\",  26 minə \"BMW 740LI\".... - Dövlətə məxsus maşınlar hərracda satıldı

İQTİSADİYYAT

Bugün, 16:28

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 28 nəqliyyat vasitəsi özəlləşdirilib.

Mia.az xəbər verir ki, rəqabətli keçən hərracda start qiyməti 12 000 manat olan "BMW 520I" markalı avtomobil 33 500 manata, ilkin qiyməti 9 000 manat olan "BMW 740LI" markalı nəqliyyat vasitəsi 26 000 manata, ilkin qiyməti 6 000 manat olan "Toyota Camry" markalı avtomobil isə 15 600 manata satılıb.

Növbəti hərraclar 8, 15, 22 və 29 sentyabr tarixlərində keçiriləcək. Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" saytlarından seçim edə bilərlər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR