HƏKİMLƏRİN MAAŞI QALXIR - TƏBİB-in yeni rəhbəri rəqəmi açıqladı, yeni mesajlar verdi
CƏMİYYƏT
Bugün, 11:22
TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqları artırılır.
Mia.az xəbər verir ki, bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək:
"Onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyəti, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, habelə regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir.
İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat və ya 13,66 faiz artacaq. Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq".
A.Bayramov həmçinin bildirib ki, regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata yüksələcək və bu da 107 faiz artım deməkdir: "Neonatoloqların əməkhaqqı 1 450 manatdan 2 400 manata çatdırılacaq (artım 950 manat və ya 66 faiz). Hemodializ həkimlərinin əməkhaqqı isə 1 450 manatdan 2 250 manata çatdırılacaq (artım 800 manat və ya 55 faiz). Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə həkimlərin aylıq əməkhaqqı 1 450 manatdan 2 150 manata yüksələcək. Bu, əlavə 700 manat və ya 48 faiz artım deməkdir".
TƏBİB rəhbəri eyni zamanda qeyd edib ki, yeni islahatla 36 041 orta tibb işçisinin aylıq əməkhaqqı artımı 17 faiz, 20 367 kiçik tibb işçisinin əməkhaqqı artımı isə 18 faiz təşkil edəcək:
"Əməkhaqqı artımında baş və böyük tibb heyətinin üzərinə düşən məsuliyyət də ayrıca nəzərə alınıb. Baş tibb bacılarının orta və kiçik tibb heyətinin fəaliyyətinin təşkili, tibbi sənədləşmə və uçot, pasiyent təhlükəsizliyi, infeksiyaya nəzarət və xidmət keyfiyyətinin təmin edilməsində mühüm rolu nəzərə alınaraq, tibb müəssisəsinin kateqoriyasından asılı olaraq diferensial artımlar tətbiq ediləcək. Misal üçün, 3B kateqoriyalı tibb müəssisəsində çalışan baş tibb bacısının aylıq əməkhaqqı 1 454 manatdan 2 125 manata yüksələcək ki, bu da 671 manat və ya 46 faiz artım deməkdir. Orta və kiçik tibb heyəti də islahatın əhatə dairəsindədir. 36 041 orta tibb işçisinin aylıq əməkhaqqı artımı 17 faiz, 20 367 kiçik tibb işçisinin əməkhaqqı artımı isə 18 faiz təşkil edəcək".
A.Bayramov vurğulayıb ki, islahatın tətbiqi ilə tibb işçilərinin sosial rifahının gücləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, həkimlərin regionlara cəlb edilməsinin stimullaşdırılması, fəaliyyət nəticələrinin daha dolğun qiymətləndirilməsi və göstərilən tibbi xidmətlər üzrə pasiyent məmnuniyyətinin yüksəldilməsi hədəflənir.
***
"Həkim çatışmazlığı olan regionlarda həkimlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə əlavə maliyyə mexanizmi də tətbiq olunacaq".
Bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla həkim çatışmazlığı olan regionlarda cərrahi tibbi xidmətlər, stasionar terapevtik tibbi xidmətlər, fizioterapiya və reabilitasiya xidmətləri, anesteziya xidmətləri, invaziv radioloji xidmətlər üzrə fəaliyyət nəticələrinə görə hesablanan dəyişən bonus ödənişlərinə 1,3 əmsalı tətbiq ediləcək:
"Beləliklə, regionlarda çalışan həkimlər sabit əməkhaqqı artımı ilə yanaşı, əlavə bonus ödənişlərinə tətbiq olunan əmsaldan da faydalanacaqlar. Ambulator tibbi xidmətlər göstərən həkimlər üçün hər pasiyentə görə hesablanan mövcud kiçik faiz ödənişləri əvəzinə aylıq baxış sayına əsaslanan diferensiallaşdırılmış sabit əlavə tətbiq olunacaq".
Sədr əlavə edib ki, əməkhaqqı qaydalarında həkimlərin həvəsləndirici ödənişlərini göstərilən tibbi xidmətin keyfiyyəti və pasiyent məmnunluğu ilə birbaşa bağlayan yeni yanaşma tətbiq edilir:
"İslahat tibbi xidmətlərin daha pasiyentyönümlü təşkilini və keyfiyyət göstəricilərinin maddi stimula çevrilməsini hədəfləyir. Xidmət keyfiyyəti nə qədər yüksək qiymətləndirilirsə, həkimin əldə etdiyi ödəniş də bir o qədər çox olur.
Bu yanaşma keyfiyyətli və qayğıkeş xidməti təşviq edir, həkimləri pasiyentlərlə daha keyfiyyətli münasibət qurmağa həvəsləndirir" /Report .
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"İran xalqı nə vaxt ayağa qalxıb mübarizə aparacaq?" - ABŞ prezidenti İranla danışığa can atmadığını, Tehran rejimini fərqli taktika ilə "boğacaqları"nı iddia edir
Bugün, 12:11 SİYASƏT
-
İcra başçısının qanunsuz işlərində mühüm rol oynayan uşaqlıq dostu... - "Bu işlər yalnız icra başçısının möhürü ilə mümkündür"
Bugün, 12:08 CƏMİYYƏT
-
Xalq artistinin qızı dələduzluqla üzləşib
Bugün, 12:02 MƏDƏNİYYƏT
-
KTN-dən AAYDA-ya transfer... - Tünzalə Muradovaya yüksək vəzifə verildi
Bugün, 11:45 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Beynəlxalq Konfransın iştirakçılarına müraciət ünvanladı - MƏTN
Bugün, 11:27 GÜNDƏM
-
HƏKİMLƏRİN MAAŞI QALXIR - TƏBİB-in yeni rəhbəri rəqəmi açıqladı, yeni mesajlar verdi
Bugün, 11:22 CƏMİYYƏT
-
ABŞ İranda toy mərasimini vurdu, 4 nəfər öldü, 70 yaralı var - SEPAH isə əks hücumun görüntüsünü paylaşdı, Amerika bazalarına ağır zərbələr endirilib
Bugün, 11:09 GÜNDƏM
-
Almatıda Xalq rəssamı Lətif Kərimovun "Zamanın nəfəsi xalq sənətində" adlı sərgisi açılacaq
Bugün, 11:08 MƏDƏNİYYƏT
-
Bu tarixdə peşə tanınması üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
Bugün, 10:57 GÜNDƏM
-
“QHT işi”: Hafiz Həsənova 9 il cəza istənildi
Bugün, 10:39 SİYASƏT
-
İSTANBULDA İKİ GƏMİ SƏHƏRƏ YAXIN DƏNİZDƏ TOQQUŞDU: 10 nəfər yoxa çıxdı
Bugün, 10:37 GÜNDƏM
-
Bakıda unikal hadisə: 30 yaşlı şəxs əvvəl bacısını, sonra özünü bıçaqlayıb
Bugün, 10:30 KRİMİNAL
-
Ağdamda əkin sahələri istifadəyə verilir
Bugün, 10:07 İQTİSADİYYAT
-
"Konyaspor" Mostafa Məhəmməd ilə müqavilə imzaladı
Bugün, 09:54 İDMAN
-
"Nyukasl Yunayted" gənc hücumçu transfer etdi
Bugün, 09:42 İDMAN
-
Azərbaycan nefti daha 5 dollar qalxdı - Qara qızıl neçəyədir?
Bugün, 09:35 İQTİSADİYYAT
-
"Barselona" "Arsenal"dan Qabriel Jesusu heyətinə qatdı
Bugün, 09:29 İDMAN
-
Goranboyda sursat anbarında güclü partlayış... - Üç qurum birgə məlumat yaydı
Bugün, 09:22 GÜNDƏM
-
"Aston Villa" 2 transfer birdən etdi
Bugün, 09:14 İDMAN
-
"Çorum FK" Yusufa Mukokonu icarəyə götürüb
Bugün, 09:08 İDMAN
-
Şamaxıda zəlzələ olub
Bugün, 08:59 GÜNDƏM
-
Türk klubu Dieqo Karlosu yola saldı
Bugün, 00:31 İDMAN
-
Trampdan İrana mesaj: "Əgər qisasa cəhd etsəniz..." - BÖLGƏDƏ QARŞILIQLI ZƏRBƏLƏR DAVAM EDİR
Bugün, 00:23 GÜNDƏM
-
Almaniya ilə Rusiya arasında gərginlik böyüdü: konsulluq və "Rus evi" qapadılacaq - Nazirlər mətbuat konfransı keçirdi, NATO-dan dəstək gəldi
Bugün, 00:14 GÜNDƏM
-
"Fənərbağça" klubu "Qalatasaray"ın keçmiş hücumçusundan şikayət edib - Səbəb
Bugün, 00:08 İDMAN
-
Zelenski rəsmi Moskvaya meydan oxudu, sərnişin təyyərələrinə xəbərdarlıq elədi: "Rusiyanın hava məkanını bağlayacağıq"
Bugün, 00:05 GÜNDƏM
-
Türkiyənin sabiq DİN başçısı ev dustağı oldu, ölkədən çıxışı qadağam edildi - Təriqətlə əlaqəyə görə
Bugün, 00:05 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
"Qalatasaray" Dəniz Gülü transfer etdi - AÇIQLAMA
Bugün, 00:02 İDMAN
-
Röya Ayxanın keçmiş qayınatası həbsdən çıxdı
01.09.2026, 21:44 KRİMİNAL
-
ABŞ İRANA YENƏ HÜCUM ETDİ - Bəyanat
01.09.2026, 21:07 GÜNDƏM
-
Prezident Qırğızıstandan Vətənə döndü - FOTO
01.09.2026, 19:16 GÜNDƏM
-
"Trabzonspor"un baş məşqçisi istefaya göndərildi
01.09.2026, 18:37 İDMAN
-
Kəlbəcərin Zar kəndində tikinti ilə bağlı ciddi suallar var - Şair şikayətlənir
01.09.2026, 18:21 CƏMİYYƏT