Vüsal Nəsirlinin "optimallaşdırma siyasəti" böyük problemlərə yol açır: idarələr ləğv edilib, bəs yol kənarlarındakı ağaclar necə olacaq? + FOTOLAR
GÜNDƏM
02.09.2026, 17:19
Qurumları ləğv etmək asandır, illərlə böyüdülmüş ağacı yaşatmaq isə məsuliyyətdir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) aparılan struktur dəyişiklikləri və optimallaşdırma prosesinin nəticələrindən biri də yol kənarlarının yaşıllaşdırılması ilə məşğul olan idarələr ləğvi olub.
Mia.az-ın məlumatına əsasən, 2026-cı ilin mayından başlayaraq AAYDA-nin tabeliyində olan və regionlarü üzrə “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-lərin hamısı ləğv edilib.
Halbuki, həmin müəssisələr 2003–2004-cü illərdə yol kənarlarının yaşıllaşdırılamsı məqsədiylə yaradılmış və kifayət qədər də öz müsbət təsirini göstərmişdi.
İndi isə əsas sual budur: ləğv edilən bu qurumların gördüyü işi bundan sonra kim görəcək?
Həmin müəssisələrdə çalışan insanların taleyi ilə yanaşı avtomobil yollarının kənarlarında salınmış yaşıllıqların, ağacların, qazonların və meşə zolaqlarının taleyi də narahatlıq doğurur. Çünki yol yalnız asfalt, beton və yol nişanlarından ibarət deyil.
Yolun kənarındakı ağaclar, qazonlar da həmin infrastrukturun bir hissəsidir. Həmin ağac sürücünü günəşdən qoruyur, tozun və küləyin qarşısını alır, ətraf mühitə töhfə verir və yolun landşaftını formalaşdırır.
Ağac əkmək isə işin başlanğıcıdır, sonu deyil.
Bir ağacı yaşatmaq üçün illərlə su, budama, qulluq, xəstəliklərə qarşı mübarizə və mühafizə lazımdır.
Bu baxımdan Bakı-Lənkəran, Bakı-Şamaxı, Bakı-Quba magistralında çəkilən fotolardakı ağacların vəziyyəti ciddi suallar doğurur. Yolun müxtəlif hissələrində yaşıllıqların quruması ilə bağlı narahatlıqlar varsa, bunun səbəbi açıq şəkildə araşdırılmalıdır. Yolun kənarında qazonlar quruyaraq qudumuş ot sahəsini xatırladır. O ağaclara və qazonlara dövlət büdcəsindən ayrılan pulların hesabı soruşulmur, monitorinqlər aparılmır.
Kim suvarmalıdır? Kim nəzarət etməlidir? Kim məsuliyyət daşıyır?
Vaxtilə Heydər Əliyevin ağac sevgisi bir ənənə idi. Ulu öndər Heydər Əliyevin Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağacların qorunması istiqamətində gördüyü işlər dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdi.
Bu ənənə sonrakı illərdə də davam etdirildi. Prezident İlham Əliyev və ailə üzvlərinin iştirakı ilə müxtəlif vaxtlarda magistral yolların ətrafında genişmiqyaslı ağacəkmə aksiyaları keçirilib.
Məsələn, 2016-cı ildə Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral yolunun ətrafında 969 hektar ərazidə yaşıllıq salındığı və burada bir milyondan artıq ağac əkildi.
Deməli, söhbət təsadüfi ağac əkməkdən yox, illərlə formalaşdırılmış dövlət siyasətindən gedir.
Bu gün Azərbaycanın ekoloji gündəliyində Leyla Əliyevanın fəaliyyəti də xüsusi yer tutur.
IDEA-nın təşəbbüsü ilə ölkənin müxtəlif bölgələrində ağacəkmə, yaşıllıqların qorunması və ətraf mühitin mühafizəsi istiqamətində layihələr həyata keçirilib. Rəsmi məlumatlarda da Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən ekoloji layihələrin yeni yaşıllıqların salınmasına və mövcud yaşıllıqların qorunmasına töhfə verdiyi xüsusi vurğulanır.
Bu baxımdan ortaya çox sadə, amma ciddi bir sual çıxır: Biz yeni ağaclar əkirik, bəs artıq böyümüş ağacları kim qoruyacaq?
Çünki əkilən tingin fotosunu çəkmək asandır. Onu beş, on, iyirmi il yaşatmaq isə sistemli iş tələb edir.
“Optimallaşdırma” peşəkarlığı itirmək hesabına aparılmamalıdır. AAYDA-da yeni rəhbəri Vüsal Nəsirovun dövründə struktur və kadr dəyişiklikləri ilə bağlı narazılıqların səsləndirilməsi də diqqətdən kənarda qalmamalıdır. Xüsusilə Vüsal Nəsirovun rəhbərliyə gəldiyi ilk dövrdən etibarən uzun illər bu sahədə çalışmış, yol yaşıllaşdırılması və qulluq işində təcrübəsi olan peşəkar əməkdaşların uzaqlaşdırılması ilə bağlı iddialar cəmiyyətə və aidiyyəti qurumlara aydınlaşdırılmalıdır.
Əgər təcrübəli mütəxəssislər kənarlaşdırılırsa, onların yerinə kimlər gətirilir? Yaşıllıqların aqrotexniki qulluq qaydalarını bilən mütəxəssislər varmı? Yol kənarındakı ağacların inventarlaşdırılması, xəstəliklərə nəzarət, suvarma və bərpa işləri üzrə konkret plan mövcuddurmu?
“10 min ağac əkdik” demək kifayət deyil
Əgər dövlət vəsaiti hesabına minlərlə ağac əkilir, lakin bir müddət sonra onların bir hissəsi quruyursa, onda yalnız əkilən ağacların sayı ilə hesabat vermək kifayət deyil.
Hər ağacın taleyi də hesabatın bir hissəsi olmalıdır:
Neçə ağac əkildi?
Neçəsi yaşadı?
Neçəsi qurudu?
Niyə qurudu?
Suvarmaya nə qədər vəsait ayrıldı?
Hansı yol hissələrində suvarma sistemi işləyir?
Hansı ərazilərdə problem var?
Yaşıllaşdırma qurumları ləğv edildikdən sonra bu işlərə kim nəzarət edir?
Bunlar çox sadə suallardır. Amma cavabları Azərbaycanın yol kənarındakı yaşıllıqlarının gələcəyi üçün olduqca vacibdir.
Aşağıda təqdim olunan fotolarda görünən ağaclar Bakı-Şamaxı magistralında çəkilib. Əgər yol kənarındakı yaşıllıqlarda quruma halları varsa, AAYDA və aidiyyəti dövlət qurumları respublika üzrə monitorinq aparmalıdır.
Amma yaşıllığa qulluq funksiyası ləğv edilə bilməz. Əgər ayrıca qurumun fəaliyyəti dayandırılıbsa, onun funksiyası başqa struktur tərəfindən daha peşəkar və daha effektiv həyata keçirilməlidir.
Əks halda “optimallaşdırma” adı altında sadəcə struktur dəyişir, problem isə yerində qalır.
Bu gün cəmiyyətin AAYDA-dan gözləntisi də məhz budur: yaşıllaşdırma qurumlarının ləğvindən sonra yol kənarındakı ağacların taleyi ilə bağlı konkret və aydın mexanizm açıqlansın.
Kim cavabdehdir?
Nə qədər vəsait ayrılıb?
Hansı ərazilərə su verilir?
Monitorinq necə aparılır?
Quruyan ağacların yerinə kim cavabdeh olacaq?
Və ən əsası – illərlə bu sahədə çalışan peşəkarların təcrübəsindən niyə və necə istifadə olunur?
Heydər Əliyevin qoyduğu yaşıllaşdırma ənənəsi, Leyla Əliyevanın ekoloji təşəbbüsləri və Azərbaycanın bu gün elan etdiyi yaşıl inkişaf hədəfləri fonunda bu suallar cavabsız qala bilməz.
Çünki qurumu ləğv etmək bir qərardır. Ağacı yaşatmaq isə məsuliyyətdir.
Azərbaycanın yaşıl gələcəyi yalnız yeni ağacların əkilməsi ilə ölçülməməlidir. Əsl göstərici illər əvvəl əkilmiş ağacların bu gün nə qədər sağlam və yaşıl olmasıdır.
Əhməd
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Səlçuk Bayraktar paylaşdı - AKINCI-dən atılan SUNGUR raketi hədəfi dəqiqliklə vurdu (VİDEO)
Bugün, 16:33 GÜNDƏM
-
Domeniko Tedesko 4 oyun sonra istefaya göndərildi
Bugün, 16:21 İDMAN
-
Şahin Mustafayev Federasiya prezidenti seçilib
Bugün, 16:06 İDMAN
-
"Leytenant" rütbəsi ilə bağlı hərbi qanunlar dəyişir - DETALLAR
Bugün, 16:05 GÜNDƏM
-
Prezident deputatı təltif etdi - Sərəncam
Bugün, 15:59 GÜNDƏM
-
İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT: iki nəfər həbs edildi, başçı vəzifədən azad olundu (YENİLƏNİB)
Bugün, 15:47 GÜNDƏM
-
Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Bugün, 15:34 MƏDƏNİYYƏT
-
Universitetin birinci kurs tələbələrini təhdid edənlər haqqında araşdırma başlayıb
Bugün, 15:29 CƏMİYYƏT
-
"Siz videoda butulka görürsünüz?" - Baləli ilə meyxanaçı toyda dalaşıblar
Bugün, 15:22 ŞOU-BİZNES
-
"Qalatasaray" 30 milyon avroya aldığı futbolçunu yola salmaq üçün yol axtarır
Bugün, 15:06 İDMAN
-
Avropa İttifaqından Kanadaya jest - "Assosiativ üzv" statusu təklif olunub
Bugün, 14:57 DÜNYA
-
“Veysəloğlu” MMC Azərbaycanda ilk dəfə “BRCGS Storage and Distribution” sertifikatını əldə edib (FOTO)
Bugün, 14:44 İQTİSADİYYAT
-
Əhdiman və dostu sərbəst buraxıldı
Bugün, 14:27 KRİMİNAL
-
Azərbaycanda internet tarifləri artırılır
Bugün, 14:19 İQTİSADİYYAT
-
"Kurtlar Vadisi Pusu" serialı ilə bağlı istintaq başladıldı - FETÖ ilə əlaqə araşdırılır
Bugün, 14:08 MƏDƏNİYYƏT
-
Havvaxanım Rüstəmovaya hökm oxundu
Bugün, 13:36 KRİMİNAL
-
Ermənilərin diplomatlara qarşı əsassız hücumu... - Musa Musayev yazır
Bugün, 13:25 SİYASƏT
-
"Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlanıb
Bugün, 13:13 İDMAN
-
Gələn ilin büdcə layihələri Nazirlər Kabinetinə təqdim olunub
Bugün, 13:07 İQTİSADİYYAT
-
İSRAİL QƏZZANI 2 MİLYONLUQ FƏLƏSTİNLİLƏRDƏN BOŞALTMAĞA HAZIRLAŞIR - Nazir "əhatəli hücum an məsələsidir" anonsunu verdi
Bugün, 12:58 DÜNYA
-
ABŞ ordusu yanacaq qaçaqmalçılarına qarşı əməlyyat keçrdi - Tanker batırıldı
Bugün, 12:58 DÜNYA
-
Cavid Qurbanovun əmisi oğlu nədə ittiham olundu? - Məhkəmə hökm çıxardı
Bugün, 12:41 KRİMİNAL
-
Sabah yağış yağacaq
Bugün, 12:31 CƏMİYYƏT
-
İdxal rüsumlarının artırılması yerli şərab istehsalını nə qədər qoruyacaq? - Samir İsmayıldan açıqlamalar
Bugün, 12:25 İQTİSADİYYAT
-
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında - FOTOLAR
Bugün, 12:12 GÜNDƏM
-
Mourinyo: "Arda Gülər vazkeçilməz deyil"
Bugün, 12:00 İDMAN
-
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib - MƏTN
Bugün, 11:53 GÜNDƏM
-
İsa Həbibbəylidən Ramiz Mehdiyevlə bağlı - Açıqlama
Bugün, 11:53 SİYASƏT
-
Tramp gözlənilməz zərbə aldı - 7 Respublikaçı İrana hücumu bloklayan qərara "hə" dedi
Bugün, 11:39 GÜNDƏM
-
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Siyahı
Bugün, 11:32 GÜNDƏM
-
Lionel Messi bu matçla milli komanda ilə vidalaşacaq
Bugün, 11:22 İDMAN
-
DAHA BİR QHT SƏDRİNƏ HÖKM OXUNDU
Bugün, 11:17 SİYASƏT
-
Gürcüstan Azərbaycana yeni səfir təyin etdi
Bugün, 11:12 SİYASƏT