Kəlbəcərli şair Prezident İlham Əliyevə müraciət edib

Kəlbəcərli şair Prezident İlham Əliyevə müraciət edib

CƏMİYYƏT

Bugün, 15:45

Əslən kəlbəcərli  olan şair Səxavət Kəlbəcərli Prezident İlham Əliyevə müraciət edib.

Mia.az xəbər verir ki, o, müraciətində yazıb:

"Möhtərəm Prezident, hörmətli cənab İlham Əliyev!
Sizə bir Kəlbəcər sakini və Zar kəndinin sakini olaraq müraciət edirəm.
Cənab Prezident, Kəlbəcərdə, xüsusilə Zar kəndində aparılan tikinti işlərinin keyfiyyəti ilə bağlı ciddi narahatlığım var. Dövlət tərəfindən böyük vəsait ayrılmasına baxmayaraq, bəzi tikililərdə ciddi nöqsanlar müşahidə olunur. Bir sıra qüsurların sadəcə suvaq və üzlük işləri ilə örtülərək gizlədildiyini görürük.
Bundan əlavə, Bəşir Hacıyev və Kamaləddin Heydərovun məsul şəxslər kimi bu məsələlərə lazımi səviyyədə nəzarət etmədiyini düşünürəm. Kəlbəcərə və Zar kəndinə gedərək tikinti işlərinin vəziyyətini yerində araşdırmaq, evlərin keyfiyyətini yoxlamaq əvəzinə, sadəcə əraziyə baxış keçirib geri qayıtmaları ciddi suallar doğurur. Müraciətə əlavə etdiyim fotoşəkillər tikintidəki nöqsanları əyani şəkildə göstərir.
Sizdən xahiş edirəm ki, Zar kəndində aparılan tikinti işlərinin obyektiv şəkildə yoxlanılmasına, istifadə olunan materialların və görülən işlərin keyfiyyətinin araşdırılmasına göstəriş verəsiniz.
Məqsədim kimisə əsassız ittiham etmək deyil. İstəyimiz dövlət vəsaiti hesabına tikilən evlərin keyfiyyətli, təhlükəsiz və uzunömürlü olmasıdır".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR