HƏKİMLƏRİN MAAŞI QALXIR - TƏBİB-in yeni rəhbəri rəqəmi açıqladı, yeni mesajlar verdi (CƏDVƏL) - YENİLƏNİB
CƏMİYYƏT
02.09.2026, 13:05
Azərbaycan Respublikasında səhiyyə sisteminin inkişaf etdirilməsi, bu sahədə qabaqcıl standartların tətbiqi, tibb işçilərinin sosial rifahının gücləndirilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzində olub, bu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyıb.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması təşəbbüsü ilə çıxış edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.
Əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək. Onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyəti, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, habelə regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir.
İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artmışdır.
Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq.
Yeni yanaşma tibb işçisinin peşəkarlığının, məsuliyyətinin və iş yükünün əməkhaqqında daha dolğun əks olunmasını, eyni zamanda fəaliyyət və keyfiyyət göstəriciləri vasitəsilə pasiyent məmnuniyyətinə müsbət təsirin gücləndirilməsini nəzərdə tutur.
İslahat nəticəsində ilkin səhiyyə xidməti göstərən ailə həkimi və sahə həkimi vəzifələri üzrə çalışan həkim mütəxəssislərin aylıq əməkhaqqı 1 150 manatdan 2 000 manata çatdırılacaq. Bu, mövcud məbləğlə müqayisədə 850 manat və ya 74 faiz artım deməkdir.
Təcili tibbi yardım xidmətində çalışan həkimlər üçün də əhəmiyyətli artımlar nəzərdə tutulub. Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin (RTTTYM) həkiminin əməkhaqqı 1 550 manatdan 2 200 manata yüksələcək. Bununla yanaşı, tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı 1 550 manatdan 2 500 manata yüksələcək. Beləliklə, artım 950 manat və ya 61 faiz təşkil edəcək. 3A və 3B kateqoriyalı tibb müəssisələrinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı isə 2 100 manatdan 3 000 manata çatdırılacaq.
İslahatın əsas istiqamətlərindən biri həkimlərin regionlara cəlb edilməsinin stimullaşdırılması və regionlarda kadr təminatının gücləndirilməsidir. Bu məqsədlə Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla digər şəhər və rayonlarda kadr çatışmazlığının daha çox müşahidə edildiyi ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələr tətbiq olunacaq.
Belə ki, regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata yüksələcək. Bu, 107 faiz artım deməkdir. Neonatoloqların əməkhaqqı 1 450 manatdan 2 400 manata çatdırılacaq ki, bu da 950 manat və ya 66 faiz artım deməkdir. Hemodializ həkimlərinin əməkhaqqı isə 1 450 manatdan 2 250 manata çatdırılacaq ki, bu da 800 manat və ya 55 faiz artım deməkdir. Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə həkimlərin aylıq əməkhaqqı 1 450 manatdan 2 150 manata yüksələcək. Bu, əlavə 700 manat və ya 48 faiz artım deməkdir.
Həkim çatışmazlığı olan regionlarda həkimlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə əlavə maliyyə mexanizmi də tətbiq olunacaq. Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, həkim çatışmazlığı olan regionlarda cərrahi tibbi xidmətlər, stasionar terapevtik tibbi xidmətlər, fizioterapiya və reabilitasiya xidmətləri, anesteziya xidmətləri, invaziv radioloji xidmətlər üzrə fəaliyyət nəticələrinə görə hesablanan işin nəticəsinə görə əlavə ödənişlərinə 1,3 əmsalı tətbiq ediləcək. Beləliklə, regionlarda çalışan həkimlər sabit əməkhaqqı artımı ilə yanaşı, işin nəticəsinə görə əlavə ödənişlərinə tətbiq olunan əmsaldan da faydalanacaqlar.
Ambulator tibbi xidmətlər göstərən həkimlər üçün hər pasiyentə görə hesablanan mövcud kiçik faiz ödənişləri əvəzinə aylıq baxış sayına əsaslanan diferensiallaşdırılmış sabit əlavə tətbiq olunacaq.
Eyni zamanda, əməkhaqqı Qaydalarında həkimlərin həvəsləndirici ödənişlərini göstərilən tibbi xidmətin keyfiyyəti və pasiyent məmnunluğu ilə birbaşa bağlayan yeni yanaşma tətbiq edilir. İslahat tibbi xidmətlərin daha pasiyentyönümlü təşkilini və keyfiyyət göstəricilərinin maddi stimula çevrilməsini hədəfləyir. Xidmət keyfiyyəti nə qədər yüksək qiymətləndirilirsə, həkimin əldə etdiyi ödəniş də bir o qədər çox olur.
Bu yanaşma keyfiyyətli və qayğıkeş xidməti təşviq edir, həkimləri pasiyentlərlə daha keyfiyyətli münasibət qurmağa həvəsləndirir.
Əməkhaqqı artımında baş və böyük tibb heyətinin üzərinə düşən məsuliyyət də ayrıca nəzərə alınıb. Baş tibb bacılarının orta və kiçik tibb heyətinin fəaliyyətinin təşkili, tibbi sənədləşmə və uçot, pasiyent təhlükəsizliyi, infeksiyaya nəzarət və xidmət keyfiyyətinin təmin edilməsində mühüm rolu nəzərə alınaraq, tibb müəssisəsinin kateqoriyasından asılı olaraq diferensial artımlar tətbiq ediləcək. Misal üçün, 3B kateqoriyalı tibb müəssisəsində çalışan baş tibb bacısının aylıq əməkhaqqı 1 454 manatdan 2 125 manata yüksələcək ki, bu da 671 manat və ya 46 faiz artım deməkdir.
Orta və kiçik tibb heyəti də islahatın əhatə dairəsindədir. 36 041 orta tibb işçisinin aylıq əməkhaqqı artımı 17 faiz, 20 367 kiçik tibb işçisinin əməkhaqqı artımı isə 18 faiz təşkil edəcək.
İslahatın tətbiqi ilə tibb işçilərinin sosial rifahının gücləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, həkimlərin regionlara cəlb edilməsinin stimullaşdırılması, fəaliyyət nəticələrinin daha dolğun qiymətləndirilməsi və göstərilən tibbi xidmətlər üzrə pasiyent məmnuniyyətinin yüksəldilməsi hədəflənir.
***
TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqları artırılır.
Mia.az xəbər verir ki, bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək:
"Onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyəti, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, habelə regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir.
İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat və ya 13,66 faiz artacaq. Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq".
A.Bayramov həmçinin bildirib ki, regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata yüksələcək və bu da 107 faiz artım deməkdir: "Neonatoloqların əməkhaqqı 1 450 manatdan 2 400 manata çatdırılacaq (artım 950 manat və ya 66 faiz). Hemodializ həkimlərinin əməkhaqqı isə 1 450 manatdan 2 250 manata çatdırılacaq (artım 800 manat və ya 55 faiz). Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə həkimlərin aylıq əməkhaqqı 1 450 manatdan 2 150 manata yüksələcək. Bu, əlavə 700 manat və ya 48 faiz artım deməkdir".
TƏBİB rəhbəri eyni zamanda qeyd edib ki, yeni islahatla 36 041 orta tibb işçisinin aylıq əməkhaqqı artımı 17 faiz, 20 367 kiçik tibb işçisinin əməkhaqqı artımı isə 18 faiz təşkil edəcək:
"Əməkhaqqı artımında baş və böyük tibb heyətinin üzərinə düşən məsuliyyət də ayrıca nəzərə alınıb. Baş tibb bacılarının orta və kiçik tibb heyətinin fəaliyyətinin təşkili, tibbi sənədləşmə və uçot, pasiyent təhlükəsizliyi, infeksiyaya nəzarət və xidmət keyfiyyətinin təmin edilməsində mühüm rolu nəzərə alınaraq, tibb müəssisəsinin kateqoriyasından asılı olaraq diferensial artımlar tətbiq ediləcək. Misal üçün, 3B kateqoriyalı tibb müəssisəsində çalışan baş tibb bacısının aylıq əməkhaqqı 1 454 manatdan 2 125 manata yüksələcək ki, bu da 671 manat və ya 46 faiz artım deməkdir. Orta və kiçik tibb heyəti də islahatın əhatə dairəsindədir. 36 041 orta tibb işçisinin aylıq əməkhaqqı artımı 17 faiz, 20 367 kiçik tibb işçisinin əməkhaqqı artımı isə 18 faiz təşkil edəcək".
A.Bayramov vurğulayıb ki, islahatın tətbiqi ilə tibb işçilərinin sosial rifahının gücləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, həkimlərin regionlara cəlb edilməsinin stimullaşdırılması, fəaliyyət nəticələrinin daha dolğun qiymətləndirilməsi və göstərilən tibbi xidmətlər üzrə pasiyent məmnuniyyətinin yüksəldilməsi hədəflənir.
***
"Həkim çatışmazlığı olan regionlarda həkimlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə əlavə maliyyə mexanizmi də tətbiq olunacaq".
Bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla həkim çatışmazlığı olan regionlarda cərrahi tibbi xidmətlər, stasionar terapevtik tibbi xidmətlər, fizioterapiya və reabilitasiya xidmətləri, anesteziya xidmətləri, invaziv radioloji xidmətlər üzrə fəaliyyət nəticələrinə görə hesablanan dəyişən bonus ödənişlərinə 1,3 əmsalı tətbiq ediləcək:
"Beləliklə, regionlarda çalışan həkimlər sabit əməkhaqqı artımı ilə yanaşı, əlavə bonus ödənişlərinə tətbiq olunan əmsaldan da faydalanacaqlar. Ambulator tibbi xidmətlər göstərən həkimlər üçün hər pasiyentə görə hesablanan mövcud kiçik faiz ödənişləri əvəzinə aylıq baxış sayına əsaslanan diferensiallaşdırılmış sabit əlavə tətbiq olunacaq".
Sədr əlavə edib ki, əməkhaqqı qaydalarında həkimlərin həvəsləndirici ödənişlərini göstərilən tibbi xidmətin keyfiyyəti və pasiyent məmnunluğu ilə birbaşa bağlayan yeni yanaşma tətbiq edilir:
"İslahat tibbi xidmətlərin daha pasiyentyönümlü təşkilini və keyfiyyət göstəricilərinin maddi stimula çevrilməsini hədəfləyir. Xidmət keyfiyyəti nə qədər yüksək qiymətləndirilirsə, həkimin əldə etdiyi ödəniş də bir o qədər çox olur.
Bu yanaşma keyfiyyətli və qayğıkeş xidməti təşviq edir, həkimləri pasiyentlərlə daha keyfiyyətli münasibət qurmağa həvəsləndirir" /Report .
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ağdamda traktor minaya düşüb
Bugün, 00:12 GÜNDƏM
-
Məşhur aktyor evində öldürülüb? - Narkotik, gözləri, qolları və ayaqları ətrafında qançırlar...
05.09.2026, 23:49 MƏDƏNİYYƏT
-
Türkiyə Super liqası: "Fənərbağça" doğma meydanında uduzdu
05.09.2026, 23:25 GÜNDƏM
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
05.09.2026, 15:33 GÜNDƏM
-
Yenicag.az saytının 19 yaşı tamam olur
05.09.2026, 12:34 PRESS
-
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
05.09.2026, 11:28 İQTİSADİYYAT
-
Azərbaycan nefti ucuzlaşıb
05.09.2026, 09:25 İQTİSADİYYAT
-
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
05.09.2026, 09:07 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05.09.2026, 00:12 CƏMİYYƏT
-
"Qalatasaray" qalib gəldi
04.09.2026, 23:28 İDMAN
-
Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır + VİDEO
04.09.2026, 23:15 CƏMİYYƏT
-
UEFA "Fənərbağça"nın oyunçularını cəzalandırdı
04.09.2026, 21:49 İDMAN
-
İlham Əliyev və Mehriban Əliyeva Xalq artistinin müalicəsini nəzarətə götürüb
04.09.2026, 20:03 GÜNDƏM
-
Azərbaycan Süni İntellekt İnstitutu ilə Ankara Universiteti süni intellekt sahəsində rəsmi və akademik tərəfdaşlığa başlayır
04.09.2026, 19:57 GÜNDƏM
-
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
04.09.2026, 18:05 GÜNDƏM
-
ABŞERON SU İDARƏSİNDƏ YOXLAMA APARILDI: Mikayılov hansı qərarı verəcək?
04.09.2026, 18:05 GÜNDƏM
-
"Trabzonspor"un yeni baş məşqçisi kim olacaq? - Məşhurların adı hallanır
04.09.2026, 17:47 İDMAN
-
Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO
04.09.2026, 17:34 İQTİSADİYYAT
-
Formula 1 yarışlarına görə bağlanacaq məktəblər...
04.09.2026, 17:23 CƏMİYYƏT
-
"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb" - Məleykə Abbaszadə
04.09.2026, 17:12 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
04.09.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
04.09.2026, 16:48 GÜNDƏM
-
"Fənərbağça"nın müdafiəçisi bu klubla anlaşdı
04.09.2026, 16:30 İDMAN
-
İstanbulda 31 vəkil saxlanıldı - 39 vəkil bürosunda isə axtarış aparılıb + SİYAHI
04.09.2026, 16:18 GÜNDƏM
-
Arvadını döyən partiya sədrinin müavini istefa verdi - FOTOLAR
04.09.2026, 16:04 SİYASƏT
-
Ceyhun Bayramovla Qazaxıstanın yeni XİN başçısı arasında telefon danışığı olub
04.09.2026, 15:48 SİYASƏT
-
Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi və daha 3 nəfərə cinayət işi açıldı - TƏFƏRRÜAT
04.09.2026, 15:40 GÜNDƏM
-
Ceyhun Bayramov İsveçin yeni səfirini qəbul edib - Müzakirə + FOTO
04.09.2026, 15:33 SİYASƏT
-
Yardımlıda arxeoloji qazıntı: qədim insana məxsus sümüklər aşkarlanıb
04.09.2026, 15:14 MƏDƏNİYYƏT
-
İLHAM ƏLİYEV ONLARI VƏZİFƏYƏ TƏYİN ETDİ - Sərəncamlar
04.09.2026, 15:05 GÜNDƏM
-
Türkiyədə 6 klub və bir neçə klub rəsmisi cəzalandırılıb
04.09.2026, 14:37 İDMAN
-
TƏBİB RƏHBƏRİ ŞÖBƏ MÜDİRİNİ DİREKTOR TƏYİN ETDİ - O, kimdir?
04.09.2026, 14:21 CƏMİYYƏT
-
ÖLKƏDƏN QAÇAN GÖMRÜKÇÜ XARİCDƏ QANDALLANDI - Baş Prokurorluq məlumat yaydı
04.09.2026, 14:04 KRİMİNAL
-
Məşhur müğənnini səhnədə rüsvayçı vəziyyətə düşdü - FOTOLAR
04.09.2026, 13:53 ŞOU-BİZNES