PUTİNLƏ ƏRDOĞAN GÖRÜŞDÜ: "Münasibətlərimiz hər zamankından daha əladır, səbirsizliklə..."

PUTİNLƏ ƏRDOĞAN GÖRÜŞDÜ: \"Münasibətlərimiz hər zamankından daha əladır, səbirsizliklə...\"

GÜNDƏM

Bugün, 18:00

Bu gün Türkiyə prezidenti Ərdoğanla Rusiya Prezidenti Putin Şanxay Zirvəsi çərçivəsində Bişkekdə görüşüblər.

Mia.az Türkiyə mətbuatina istinadla bildirir k, görüşdən əvvəl iki lider mətbuata açıqlama veriblər.

 Putin çıxışında Türkiyə ilə münasibətlərdən danışıb və sonda Türkiyəni "imtiyazlı tərəfdaş" adlandırıb.

Ərdoğan isə Rusiyanın Türkiyədə inşa etdiyi Akkuyu Atom Elektrik Stansiyasından söz açıb. Qeyd edib ki,  stansiyanın tikintisində son mərhələsinə qədəm qoyub: "Türkiyə-Rusiya münasibətləri indiyə qədər olduğundan daha əladır. Səbirsizliklə Akkuyu elektrik stansiyasının açılışına hazırlaşırıq. İş artıq tamamlanır, üstəlik yeni stansiyaların qurulmasına da ehtiyac var.  Biz bu istiqamətdə də hazırlıqlar görürük.

Hörmətli Prezidentlə bugükü görüşün fürsət olduğunu düşünürəm. Türkiyə-Rusiya münasibətləri digər sahələr üzrə də əvvəlki dövrlərdən daha inkişaf etmiş səviyyədədir. Rusiyalı turistlərin Türkiyəyə axını artıb. Bu gün Antalya əyalətimizdəki ən vacib turizm şəbəkəsi Rusiyadan olan dostlardan ibarətdir. Əlbəttə, bütün bunlarla yanaşı, enerji və kənd təsərrüfatı sahəəri üzrə də güclü tərəfdaşlığımız var".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR