Misir Kraliçasına məxsus tarixi boyunbağı oğurlanıb - FOTOLAR

Misir Kraliçasına məxsus tarixi boyunbağı oğurlanıb - FOTOLAR

MƏDƏNİYYƏT

Bugün, 14:52

Bir vaxtlar Misir Kraliçası Nazlıya məxsus olan və Vyanadakı bir muzeydə sərgiyə çıxarılmış 673 brilyantla bəzədilmiş 200 karatlıq platin boyunbağı oğurlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avstriya polisi məlumat yayıb.

Qeyd olunub ki, muzeyin açılış saatlarında tarixi dəyərə malik 200 karatlıq boyunbağını oğurlayan iki şübhəli hazırda axtarılır.

Məlumatda deyilir ki, üzləri maskada olan həmin iki nəfər muzeyin açılış saatlarında sərgiyə bilet aldıqdan sonra şüşə vitrini çəkiclə sındıraraq boyunbağını götürüb qaçıblar.

Hüseyn Namazov

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR