İcra Hakimiyyətindəki rüşvət mexanizmindən yazan jurnalistlə görüş oldu: "İcra başçısının da iştirak etdiyi söhbətlər..." - "Söz verdilər ki..." (YENİLƏNİB)
CƏMİYYƏT
31.08.2026, 16:21
"Sizə 22 minlik rüşvətə imza atan iki məmur haqqında danışım…
Əvvəldən xahiş edirəm ki, “qanunsuz tikilib” kimi müzakirə açmayaq. Sabunçunun 80 faizi belə tikilib və tikilməkdə də davam edir. Burada səbəb başqadır.
Uşaqlıq dostum Sabunçuda illər əvvəl aldığı torpaq sahəsində fərdi yaşayış evi tikmək istəyirdi. İcra hakimiyyətinin mühəndisi ilə əlaqə yaradıb. Mühəndis də bu işi dədə-baba qaydası ilə görməyi təklif edib. Bunun qarşılığında 22 min manat pul alıb. Pul 3 qurum arasında bölünüb (mühəndisin dediyinə görə). 6 min manat da icra hakimiyyətinə çatması üçün mühəndis tərəfindən icra hakimiyyətinin başqa bir vəzifəli şəxsinə verilib. Evin tikintisi başlayıb. Aylar keçib, işlər yekunlaşmaq üzrə olub. Evin pəncərələri vurulanda icra hakimiyyəti gəlib evi uçurub. Təxminən 6-7 ay sonra... Məlum olub ki, icra hakimiyyətinin pulunu çatdırmayıblar".
Mia.az xəbər verir ki, bu sensasiyalı məlumatı jurnalist İlkin Muradov avqustun 28-də Feysbuk-dakı səhifəsində yazıb.
Onun sözlərinə görə, hadisədən sonra dostum dəfələrlə icra başçısı Adil Vəliyevin qəbulunda olub:
"Bu görüşlərdə hər iki şəxs 22 min manatı aldıqlarını təsdiq ediblər. Aylarla bu danışıqlar davam edib. Dostuma gah evinin səhvən söküldüyünü, gah kompensasiya veriləcəyini, gah da başqa yerdə torpaq sahəsi ayrılacağı deyilib. İcra başçısının da iştirak etdiyi bu söhbətlər aylarla davam edəndən sonra dostum bir neçə gün əvvəl rəsmi qurumlara şikayət etməyə başladı. Bundan sonra çox maraqlı hadisə baş verdi.
İcra başçısının göstərişi ilə məmurlar aldıqları 22 min manatı geri qaytardılar. Həm də akt yazaraq. Hər iki məmur həmin akta imza da atıblar. Təsəvvür edirsiniz?
İcra başçısının göstərişi ilə onun işçiləri vətəndaşdan 22 min rüşvət aldıqlarını təsdiq edən sənədə imza atıblar. Bunu mənə deyəndə inanmadım. Amma sənədi əlimə alanda şok oldum. Adamlar bunu necə edə bilərlər? Rüşvət aldıqlarını təsdiq edən sənədi vətəndaşa necə veriblər?
İşin çox maraqlı təfərrüatları var. Həmin pulu alan iki nəfər elə belə adam deyillər. Birinin atası, digərinin əmisi çox yüksək vəzifə sahibləridir".
İddiaya İcra Hakimiyyətinin də mövqeyni əlavə etməyə hazırıq.
***
P.S. Jurnaliist 3 gün əvəvl paylaşdığı yuxarıdakı iddialarla bağlı İcra Hakimiyyətinə görüşə dəvət olunub.
Mia.az xəbər verir kiŞ, bu barədə onun özü Feysbuk-dakı səhifəsində bu məlumatı paylaşıb:
"Dostumun ev məsələsi ilə bağlı yazdığım statusa görə Sabunçu Rayon İcra Hakimiyyətinə dəvət edilmişdim. Bu gün icra hakimiyyətində qəbul edildim. Məsələ ilə bağlı bütün detalları danışdım, vəziyyəti izah etdim. Mənə də icra hakimiyyəti tərəfindən ətraflı məlumat verildi. Bildirildi ki, məsələ araşdırılır və həll yolunu tapacaq. İcra başçısının məsələni şəxsən nəzarətə götürdüyü, vətəndaşın probleminin həll istiqamətində müsbət addımlar atılacağı qeyd edildi.
Samir
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Rusiya və Ukrayna razılığa gəlib: dünyada yanacağın qiyməti enəcək? - Tramp "Onlar daha bir-birinin enerji sahələrini vurmayacaq" deyir
Bugün, 22:29 GÜNDƏM
-
Əhməd İsmayılov Türkiyə Prezidenti Administrasiyasının rəsmisiylə müzakirə aparıb - FOTOLAR
Bugün, 21:53 PRESS
-
Ərdoğan partiya sədrini qəbul etdi
Bugün, 21:40 DÜNYA
-
İlham Əliyev 500 min dollarlıq mükafatını bu Fonda köçürdü - Prezidentin Mətbuat xidməti məlumat yaydı
Bugün, 19:42 GÜNDƏM
-
Sergen Yalçından Arda Gülərə xəbərdarlıq: "Amandır, ona baş qoşma, səni də yandıra bilər"
Bugün, 19:03 İDMAN
-
Bakıda azyaşlının ölümü... - Prokurorluq araşdırma aparır
Bugün, 18:54 KRİMİNAL
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul etdi, yeni sənədlər imzalandı - FOTOLAR
Bugün, 18:14 GÜNDƏM
-
Bakıda söküntü ərazisindən meyit tapılıb
Bugün, 18:04 CƏMİYYƏT
-
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker barədə məhkəmə qərar verdi - Həbs edildi
Bugün, 17:56 PRESS
-
"TikTok"da ödəniş sistemlərini təqlid edən altı sayt və onları yayan hesablar aşkarlanıb
Bugün, 17:50 İQTİSADİYYAT
-
Bir vaxtlar onu milyonlar izləyirdi, indisə pomidor əkir, qarpız yetişdirir
Bugün, 17:37 İDMAN
-
MƏMURLARIN DİQQƏTİNƏ: Sabahdan Bakı və ətrafında iş rejimi dəyişir - DETALLAR
Bugün, 17:31 GÜNDƏM
-
Əli Əsədov elektron ticarətlə bağlı yeni qərar imzalayıb
Bugün, 17:20 İQTİSADİYYAT
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi - DETALLAR (YENİLƏNİB)
Bugün, 17:12 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
AZAL-da daha bir əcnəbi təyinatı oldu: o, kimdir və yerli mütəxəssisləri nə gözləyir? (FOTO)
Bugün, 16:26 CƏMİYYƏT
-
"Kurtlar Vadisi" serialının ssenaristləri prokurorluğa belə gəldi - MİT zabitinin şübhəli ölüm işi böyüyür (Yenilənib)
Bugün, 16:26 SİYASƏT
-
AZƏRBAYCANDA BU MƏKTƏBLƏR BAĞLANACAQ - Nazir anons verdi
Bugün, 15:58 GÜNDƏM
-
"Səbail" klubunun keçmiş icraçı direktoru mətbuat katibi təyin olunub
Bugün, 15:47 PRESS
-
Əhdiman və dostu qalmaqallı videoya görə saxlanıldı (Yenilənib)
Bugün, 15:43 PRESS
-
Emin Əmrullayev: "Müəllimlərin geyimi ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq"
Bugün, 15:34 CƏMİYYƏT
-
BAKIDA DAHA BİR DƏBDƏBƏLİ TOY: SOCAR-da işləyən qızın toyuna türkiyəli müğənnilər də gəlib + VİDEO, FOTOLAR
Bugün, 15:25 MƏDƏNİYYƏT
-
"Trabzonspor" sağı göstərib, solu vurdu - Şenol Günəşlə deyil, italiyalı məşqçi ilə masaya oturdular
Bugün, 15:17 İDMAN
-
Böyük Britaniya parçalanmaya doğru: Şotlandiya, Uels və Şimali İrlandiya liderləri tarixi razılaşmaya imza atdı - FOTOLAR
Bugün, 15:08 GÜNDƏM
-
"Fənərbağça"nın sabiq baş məşqçisi Kartalı "sökdü": "Görəcəksən, Əziz Yıldırım səni zövqlə qovacaq"
Bugün, 14:55 İDMAN
-
Anar və Firəngiz Əlizadədən Şəfiqə Məmmədovaya dəstək: “Bu vəzifəyə layiqdir”
Bugün, 14:40 MƏDƏNİYYƏT
-
“13 il sonra onu dəmir barmaqlıqlarda gördüm” - Şilderin anası + VİDEO
Bugün, 14:19 CƏMİYYƏT
-
"Bəy Mamed” yaşayış kompleksinin həyətində özünə villa tikdirir” - FOTOLAR
Bugün, 14:12 CƏMİYYƏT
-
Hakan Fidan Azərbaycana gəlir
Bugün, 13:59 GÜNDƏM
-
13 il əvvəl qətlə yetirilən Qərb universitetinn tələbəsi... - Məhkəmə başladı
Bugün, 13:48 KRİMİNAL
-
BU BANKLARDAN ŞİKAYƏTLƏR ARTIB - Siyahı
Bugün, 13:08 İQTİSADİYYAT
-
SOCAR-ın istiqrazlarını satan şirkət: milyonlarla manat borc niyə yarandı?
Bugün, 13:08 İQTİSADİYYAT
-
Kriminal şəxslə evlənən bloger məhkəməyə belə aparıldı: qolu arxadan qandallı, başı önə əyili... - FOTOLAR
Bugün, 12:57 PRESS
-
Sahil Babayev özünə daha bir müşavir götürdü
Bugün, 12:29 İQTİSADİYYAT