İsrail Suriyanın daha bir kəndini ələ keçirib

İsrail Suriyanın daha bir kəndini ələ keçirib

DÜNYA

Bugün, 10:56

İsrail ordusu Suriyanın cənubunda daha bir kəndi ələ keçirib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, israil ordusuna məxsus 10 hərbi maşından ibarət bir bölmə dünən Suriyanın cənubundakı Dəra əyalətinin Cəmlə kəndinə daxil olublar.

Məlumata əsasən, hərbçilər kəndlərdəki bütün evlərdə axtarış apardıqdan sonra Suriyanın növbəti kəndinə sərhəddə dayanıblar.

Suriya dövlət televiziyasının məlumatına görə, İsrail hərbi birliyi Cəmlə kəndində yaşayış məntəqələri arasında da mövqe tutublar: "Onlar bu kəndlə yanaşı, Mariya kəndində mülki evləri pulemyotlarla atəşə tutublar. Bölgədə gərginlik pik həddədir".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR