"O vaxtdan məni baltalamağa başladı" - İki məşhurun davasının kökü toya gedib çıxır

\"O vaxtdan məni baltalamağa başladı\" - İki məşhurun davasının kökü toya gedib çıxır

ŞOU-BİZNES

Bugün, 15:48

“Həmin hadisədən sonra İlhamə xanım məni baltalamağa başladı…”

Mia.az Yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Zarafat bir yana” verilişində deyib.

O, aralarında yaranan problemin əsl səbəbini açıqlayıb: “Faiq Ağayevin toyunda yarandı bu problem. Gülüstan Sarayında… Mən digər bir toydan çıxıb Faiqin toyuna gəldim, biraz gec gəldim. Həmin vaxt mikrofon İlhamə xanımın əlində idi, artıq oxumuşdu da… Mən də başladım bəyin, gəlinin qabağında oynamağa. Sonra elə oldu ki, Faiq mikrofonu onun əlindən alıb verdi mənə, çünki toy artıq qurtarırdı. Musiqiçinin də hədiyyəsi nədir – ifası, mən də başladım oxumağa. Bu, onun xoşuna gəlmədi. O vaxtdan məni baltalamağa başladı.

Amma İlhamə xanım dünyasını dəyişəndən sonra bir kəlmə də olsun onun barəsində danışmadım. Baxmayaraq ki, o mənə çox əziyyətlər verdi. Deyirsiniz ki, mənə qadağa qoydu. İlhamə bir müğənni idi. Qadağa qoyan insan vaxt oldu ki, məndən üzr istədi. Bax, məni bu yaşadır”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR