Azərbaycan və Ermənistan prezidentləri bir araya gəldi - Bişkekdə nələr müzakirə olundu? + FOTOLAR(Yenilənib)
GÜNDƏM
31.08.2026, 14:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində avqustun 31-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.
Mia.az xəbər verir ki, liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, həmçinin "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.
Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib. Liderlər, həmçinin işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Tərəflər Azərbaycan ilə Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyalarının mühüm rolunu qeyd edib, onların iki ölkə arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, öz işlərini davam etdirməsinin vacibliyini vurğulayıblar.
Liderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər.
Liderlər parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı etimadın gücləndirilməsi və daha geniş sülh gündəliyinin dəstəklənməsinə verdikləri töhfələrini qeyd edərək, onların iştirakı ilə etimad quruculuğu üzrə təmasları müsbət dəyərləndiriblər.
Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.
***
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
****
Bu gün Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq.
Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Bişkekə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün gəliblər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Əhməd İsmayılov Türkiyə Prezidenti Administrasiyasının rəsmisiylə müzakirə aparıb - FOTOLAR
Bugün, 21:53 PRESS
-
Ərdoğan partiya sədrini qəbul etdi
Bugün, 21:40 DÜNYA
-
İlham Əliyev 500 min dollarlıq mükafatını bu Fonda köçürdü - Prezidentin Mətbuat xidməti məlumat yaydı
Bugün, 19:42 GÜNDƏM
-
Sergen Yalçından Arda Gülərə xəbərdarlıq: "Amandır, ona baş qoşma, səni də yandıra bilər"
Bugün, 19:03 İDMAN
-
Bakıda azyaşlının ölümü... - Prokurorluq araşdırma aparır
Bugün, 18:54 KRİMİNAL
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul etdi, yeni sənədlər imzalandı - FOTOLAR
Bugün, 18:14 GÜNDƏM
-
Bakıda söküntü ərazisindən meyit tapılıb
Bugün, 18:04 CƏMİYYƏT
-
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker barədə məhkəmə qərar verdi - Həbs edildi
Bugün, 17:56 PRESS
-
"TikTok"da ödəniş sistemlərini təqlid edən altı sayt və onları yayan hesablar aşkarlanıb
Bugün, 17:50 İQTİSADİYYAT
-
Bir vaxtlar onu milyonlar izləyirdi, indisə pomidor əkir, qarpız yetişdirir
Bugün, 17:37 İDMAN
-
MƏMURLARIN DİQQƏTİNƏ: Sabahdan Bakı və ətrafında iş rejimi dəyişir - DETALLAR
Bugün, 17:31 GÜNDƏM
-
Əli Əsədov elektron ticarətlə bağlı yeni qərar imzalayıb
Bugün, 17:20 İQTİSADİYYAT
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi - DETALLAR (YENİLƏNİB)
Bugün, 17:12 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
AZAL-da daha bir əcnəbi təyinatı oldu: o, kimdir və yerli mütəxəssisləri nə gözləyir? (FOTO)
Bugün, 16:26 CƏMİYYƏT
-
"Kurtlar Vadisi" serialının ssenaristləri prokurorluğa belə gəldi - MİT zabitinin şübhəli ölüm işi böyüyür (Yenilənib)
Bugün, 16:26 SİYASƏT
-
AZƏRBAYCANDA BU MƏKTƏBLƏR BAĞLANACAQ - Nazir anons verdi
Bugün, 15:58 GÜNDƏM
-
"Səbail" klubunun keçmiş icraçı direktoru mətbuat katibi təyin olunub
Bugün, 15:47 PRESS
-
Əhdiman və dostu qalmaqallı videoya görə saxlanıldı (Yenilənib)
Bugün, 15:43 PRESS
-
Emin Əmrullayev: "Müəllimlərin geyimi ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq"
Bugün, 15:34 CƏMİYYƏT
-
BAKIDA DAHA BİR DƏBDƏBƏLİ TOY: SOCAR-da işləyən qızın toyuna türkiyəli müğənnilər də gəlib + VİDEO, FOTOLAR
Bugün, 15:25 MƏDƏNİYYƏT
-
"Trabzonspor" sağı göstərib, solu vurdu - Şenol Günəşlə deyil, italiyalı məşqçi ilə masaya oturdular
Bugün, 15:17 İDMAN
-
Böyük Britaniya parçalanmaya doğru: Şotlandiya, Uels və Şimali İrlandiya liderləri tarixi razılaşmaya imza atdı - FOTOLAR
Bugün, 15:08 GÜNDƏM
-
"Fənərbağça"nın sabiq baş məşqçisi Kartalı "sökdü": "Görəcəksən, Əziz Yıldırım səni zövqlə qovacaq"
Bugün, 14:55 İDMAN
-
Anar və Firəngiz Əlizadədən Şəfiqə Məmmədovaya dəstək: “Bu vəzifəyə layiqdir”
Bugün, 14:40 MƏDƏNİYYƏT
-
“13 il sonra onu dəmir barmaqlıqlarda gördüm” - Şilderin anası + VİDEO
Bugün, 14:19 CƏMİYYƏT
-
"Bəy Mamed” yaşayış kompleksinin həyətində özünə villa tikdirir” - FOTOLAR
Bugün, 14:12 CƏMİYYƏT
-
Hakan Fidan Azərbaycana gəlir
Bugün, 13:59 GÜNDƏM
-
13 il əvvəl qətlə yetirilən Qərb universitetinn tələbəsi... - Məhkəmə başladı
Bugün, 13:48 KRİMİNAL
-
BU BANKLARDAN ŞİKAYƏTLƏR ARTIB - Siyahı
Bugün, 13:08 İQTİSADİYYAT
-
SOCAR-ın istiqrazlarını satan şirkət: milyonlarla manat borc niyə yarandı?
Bugün, 13:08 İQTİSADİYYAT
-
Kriminal şəxslə evlənən bloger məhkəməyə belə aparıldı: qolu arxadan qandallı, başı önə əyili... - FOTOLAR
Bugün, 12:57 PRESS
-
Sahil Babayev özünə daha bir müşavir götürdü
Bugün, 12:29 İQTİSADİYYAT
-
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı verildi - FOTOLAR
Bugün, 12:19 GÜNDƏM